Facility Management Group
Home page
/
/
/
Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

27-04-2026

84

Description

Şirkətimizin rəqəmsal kanallar vasitəsilə böyümə strategiyasını idarə edəcək Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis axtarışındayıq. Namizəddən kampaniyaların planlaşdırılması, icrası və nəticələrin yüksək dəqiqliklə analiz edilməsi tələb olunur. Bu rol rəqəmsal layihələrin inkişaf etdirilməsi və biznes hədəflərinə uyğun strateji həllərin icrasına birbaşa məsuliyyət daşıyır.


  • Rəqəmsal marketinq strategiyaları və fəaliyyət planlarının (SMM, SEO, SEM, Email Marketing, Influencer və s.) hazırlanması və icrası;
  • Rəqəmsal reklam kampaniyalarının (Meta, Google, TikTok, LinkedIn və s.) qurulması, büdcə optimallaşdırılması və nəticələrin mütəmadi izlənilməsi;
  • Avtomatlaşdırma, A/B testləri və hədəfli kampaniyalar kimi müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv planlaşdırılması, icrası və nəzarətdə saxlanılması;
  • Şirkətin veb-layihələrinin və sosial media hesablarının idarə olunması, kontent və vizual baxımdan düzgün işləməsinə nəzarət edilməsi;
  • Rəqəmsal kanallar üzrə genişləndirilmiş analitik hesabatların (GA4, Looker Studio və s. vasitəsilə) hazırlanması və ROI/ROAS əsaslı strateji təkliflərin verilməsi;
  • Bazar trendlərinin və rəqiblərin rəqəmsal aktivliklərinin analiz edilməsi, yeni rəqəmsal alətlərin/platformaların tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Şirkətin əsas veb-layihələrinin və "landing page"-lərinin texniki və vizual (UX/UI) baxımdan təkmilləşdirilməsinə nəzarət edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Rəqəmsal marketinq büdcəsinin səmərəliliyinə nəzarət (CPC, CPL optimizasiyası) və xərclərin daimi monitorinqi;
  • Xərclərin izlənilməsi və marketinq hədəflərinə çatmaq üçün büdcələrin zərurətə uyğun olaraq tənzimlənməsi;
  • Rəqəmsal layihələr üzrə agentliklər, dizaynerlər və digər tərəfdaşlarla iş prosesinin koordinasiya edilməsi və briflərin hazırlanması;
  • Rəqəmsal marketinq kampaniyalarına dair yeni ideyaların və innovativ yanaşmaların gətirilməsi;
  • ERP/CRM və digər şirkətdaxili sistemlərdə rəqəmsal fəaliyyətlərə dair məlumatların müvafiq qaydada qeydiyyatının aparılması.

Requirements

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Rəqəmsal platformalar üzrə (Meta Ads, Google Ads, TikTok Ads, SEO, Email Marketing) dərin bilik və praktiki təcrübə;
  • Veb-analitika alətləri ilə (Google Analytics 4, Looker Studio) peşəkar işləmə bacarığı;
  • Rəqəmsal layihələrin idarə edilməsi və büdcəyə nəzarət təcrübəsi;
  • İngilis dili üzrə yaxşı səviyyədə biliklər;
  • MS Office (xüsusilə Excel), Google Workspace və CRM sistemləri ilə işləmə bacarığı;
  • Güclü analitik düşüncə, nəticəyönümlülük və problemləri çevik həll etmə bacarığı;
  • Yüksək təşkilatçılıq və komanda ilə sıx əməkdaşlıq etmək qabiliyyəti.

About this role

Apply Before

May 27, 2026

Job Posted On

aprel 27, 2026

Job Type

Full-time

Category

Mass Media and Public Relations

Perks and Benefits

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər