Facility Management Group
Home page
/
/
/
Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis

19-06-2026

528

Closed

Description

Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək Satınalma üzrə mütəxəssis axtarır. Namizəd təchizatçılarla əməkdaşlığı koordinasiya edəcək, bazar araşdırmaları aparacaq və satınalma əməliyyatlarının şirkətin daxili prosedurlarına uyğun icrasına dəstək göstərəcək.


  • Daxili və xarici bazarlarda satınalma proseslərinin həyata keçirilməsi və koordinasiya olunması;
  • Mövcud təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və yeni təchizatçıların araşdırılması;
  • Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasının izlənilməsi;
  • Tender və qiymət sorğusu proseslərinin daxili prosedurlara uyğun təşkilində iştirak;
  • Bazar araşdırmalarının aparılması, qiymət təhlillərinin hazırlanması və alternativ təkliflərin təqdim edilməsi;
  • Təchizatçılarla danışıqların aparılması və işgüzar münasibətlərin inkişaf etdirilməsi;
  • Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müqavilə və digər satınalma sənədlərinin hazırlanması prosesində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq edilməsi.


Requirements

  • İqtisadiyyat, idarəetmə və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Satınalma və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Satınalma prosedurları və təchizatçılarla iş prinsipləri üzrə biliklər;
  • Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
  • MS Excel və digər Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətlilik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

About this role

Job Posted On

June 19, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration

Perks and Benefits

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər