FOTON LLC
Home page
/
/
/
Təhlükəsizlik üzrə qrup rəhbəri (Xızı)

Təhlükəsizlik üzrə qrup rəhbəri (Xızı)

Today

84

Description

  • Təhkim olunduğu layihə çərçivəsində daşınar və daşınmaz əmlakın mühafizəsinə nəzarəti təmin etmək;
  • Layihə üzrə təhlükəsizlik əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və növbədə olan heyətin əmək funksiyalarının icrasına nəzarət etmək;
  • Təhlükəsizlik tədbirlərinin təşkili zamanı baş verən pozuntuların və nöqsanların araşdırılmasında iştirak etmək, səbəbləri müəyyən edərək müvafiq tədbirlər görmək;
  • Təhlükəsizlik şöbəsinin əməkdaşlarının postlardakı praktiki fəaliyyətini, prosedurlara nəzəri bilik səviyyəsini və iş təlimatlarına əməl olunmasını yoxlamaq, ehtiyac olduqda onlara təlim keçmək;
  • Ərazilərdə hər hansı itki, qeyri-qanuni yolla əmlakın mənimsənilməsi, sıradan çıxması və digər qayda pozuntularının qarşısını almaq, bu hallar baş verdikdə araşdırmalarda iştirak etmək;
  • Hər ayın sonunda görülmüş işlərə dair hesabat hazırlamaq və təqdim etmək;
  • Tabeçiliyində olan heyətin davamiyyətinə və nizam-intizamına daimi nəzarət etmək.

Responsibilities

  • Ali təhsil;
  • Təhlükəsizlik sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramları biliyi;
  • Təhlükəsizlik işinin təşkili ilə bağlı dərin biliklər;
  • Yaxşı ünsiyyət, komanda ilə işləmək və liderlik bacarığı;
  • Hərbi xidmətdə olması mütləqdir.
  • Əlavə qeyd: İşçi yaşayış yeri və telefon danışığı ilə təmin olunur.

About this role

Apply Before

January 17, 2026

Job Posted On

dekabr 23, 2025

Job Type

Full-time

Category

Services