Giltex MMC
Home page
/
/
/
Əmək haqqı üzrə aparıcı mütəxəssis

Əmək haqqı üzrə aparıcı mütəxəssis

  • Giltex MMC
  • 2 Sülh küçəsi, Sumqayıt 5004, Azərbaycan
  • Full-time

14-10-2026

663

Description

  • İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatların hesablanması;
  • Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması;
  • İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması;
  • Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması;
  • Əməkhaqqıdan tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması;
  • Əməkhaqqı üzrə mühasibat yazılışların aparılması;
  • İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafig arayışların hazırlanması;
  • Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;
  • İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması;
  • Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlamasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
  • İşə qəbul, vəzifə dəyişikliyi, əmək haqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması;
  • Məhkəmə qərarları əsasında əməkhaqqıdan tutulmalı borcların hesablanması, tutulması və ödənişin təmin edilməsi;
  • Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Əmək qanunvericiliyi və vergi qaydalarında əmək haqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi;
  • Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi;
  • Payrol məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Requirements

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Payroll, əmək haqqı hesablamaları və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Əmək haqqı hesablamaları və payroll proseslərinin idarə olunması üzrə praktiki təcrübə;
  • Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər;
  • MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı;
  • Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Azərbaycan dilini ana dili səviyyəsində bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür.

About this role

Apply Before

November 14, 2026

Job Posted On

oktyabr 14, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Servis və nahar şirkət tərəfindən təmin edilir