Guven Technology LLC
Home page
/
/
/
Şəbəkələr üzrə mütəxəssis (Network Admin)

Şəbəkələr üzrə mütəxəssis (Network Admin)

Today

109

Description

  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək 
  • Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək
  • Yeni şəbəkə avadanlıqlarını, istifadəçi qurğularını şəbəkəyə təhlükəsiz əlavə etmək;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək
  • Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;
  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək
  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;
  • Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;
  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək;
  • Əsas və əlavə internet bağlantılarının işlək, saz və təhlükəsiz vəziyyətdə olmasının davamlı monitorinqi, yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasını icra etmək;
  • Kompüter şəbəkəsində baş verən nasazlıqların reaktiv həllindən proaktiv şəkildə planlı aradan qaldırılmasına çalışmaq;
  • Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən məmnun qalmasına, fasiləsiz işləməsinə çalışmaq;
  • Şəbəkə infrastrukturunun xaotik vəziyyətdən irearxik, idarəolunan, təhlükəsiz və sabit vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görmək;
  • Site-to-Site, Point-to-Site tipli VPN şəbəkələrinin planlanması, təhlükəsiz yaradılması və müvafiq qaydada sənədləşdirilməsini həyata keçirmək;
  • Xidmət etdiyimiz VoİP sistemlərinin fasiləsiz, etibarlı, təhlükəsiz işləməsini təmin etmək;
  • Şəbəkə avadanlıqları və NGFW üzrə davamlı monitorinq aparmaq, müvafiq dövrü hesabatların hazırlanaraq idarə rəhbərinə elektron variantda təqdim etmək;
  • Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;
  • İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək;


Responsibilities

  • Ali Təhsil (müvafiq istiqamət üzrə);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Şəbəkə Texnologiyaları: TCP/IP, DNS, DHCP, VPN, NAT,SD wan, 802.1x(FortiNac,Cisco İSE, Aruba ClearPass), routing protokolları (BGP, OSPF, EIGRP) və şəbəkə topologiyalarında nəzəri və praktik bacarıqlar;
  • Cisco, Juniper,HPE Aruba kimi şəbəkə cihazları ilə təcrübə;
  • Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə;
  • Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;
  • Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;
  • CCNP, NSE4 və PCNSE sertifikatları üzrə biliklərə sahib olmaq (sertifikat arzuolunandır).


About this role

Apply Before

July 9, 2025

Job Posted On

June 29, 2025

Job Type

Full-time

Category

Science, Technology, Engineering