Guven Technology LLC
Home page
/
/
/
Strategiya üzrə baş mütəxəssis

Strategiya üzrə baş mütəxəssis

Today

9

Description

  • Şirkətin qısamüddətli və uzunmüddətli strategiyalarının hazırlanmasında iştirak etmək, strateji hədəfləri konkret fəaliyyət planlarına çevirmək və icrasını izləmək;
  • Departamentlərin KPI/OKR hədəflərinin müəyyənləşdirilməsini və icra vəziyyətinin monitorinqini təmin etmək, kənarlaşmaları təhlil etmək və müvafiq tədbirlər təklif etmək;
  • Bazar, rəqib və İKT sektorunda baş verən dəyişiklikləri, texnoloji trendləri və yeni biznes imkanlarını təhlil etmək;
  • Rəqiblərin xidmət portfeli, qiymət strategiyası və bazar mövqeyi üzrə araşdırmalar aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
  • Strateji təşəbbüs və layihələrin hazırlanması, icrası və portfel üzrə koordinasiyasında iştirak etmək;
  • Strateji layihələrin iqtisadi səmərəliliyini və ROI göstəricilərini qiymətləndirmək, risk və kənarlaşmaları müəyyən edərək düzəliş tədbirləri hazırlamaq;
  • Strateji hədəflərin icrası üzrə aylıq, rüblük və illik analitik hesabatlar, dashboard və rəhbərlik üçün təqdimatlar hazırlamaq;
  • Biznes vahidlərinin strateji hədəflərə çatma səviyyəsini qiymətləndirmək və onların fəaliyyətinin korporativ strategiya ilə uyğunluğunu təmin etmək;
  • Struktur bölmələri ilə əməkdaşlıq edərək departament planlarının korporativ strategiya ilə alignment-ını təmin etmək;
  • Strateji planlaşdırma üzrə metodologiya, çərçivə və təlimatların hazırlanmasına dəstək olmaq və şirkətdə strateji düşüncə mədəniyyətinin inkişafına töhfə vermək.

Requirements

  • Təcrübə: Strateji planlaşdırma, biznesin inkişafı, strateji analitika və ya müvafiq sahələrdə minimum 2-3 il iş təcrübəsi; İT/İKT sektorunda təcrübə üstünlükdür;
  • Təhsil: Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə, Strateji Menecment, İT Menecmenti və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili– sərbəst; İngilis dili - yaxşı; Rus dili – üstünlükdür;
  • Strateji planlaşdırma, KPI/OKR, SWOT, PESTEL və digər strateji analiz metodologiyaları üzrə bilik və praktiki təcrübə;
  • Biznes və maliyyə modellərinin, analitik hesabatların və strateji təqdimatların hazırlanması; Microsoft Excel və PowerPoint üzrə yüksək səviyyədə bilik, Power BI və digər BI alətləri üzrə təcrübə üstünlükdür;
  • Güclü analitik və konseptual düşünmə, problem həll etmə, təqdimat və effektiv ünsiyyət bacarıqları;
  • İT/İKT sektorunda bazar və rəqib analizi, strateji layihələr və biznes inkişafı üzrə təcrübə üstünlükdür.

About this role

Apply Before

October 1, 2026

Job Posted On

September 1, 2026

Job Type

Full-time

Category

Finance, Business and Administration