Tələb olunan təhsil və təcrübə:
- Beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi, dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Minimum 3 il müvafiq iş təcrübəsi;
- Beynəlxalq təşkilatlar, inkişaf agentlikləri, donor qurumlar və ya korporativ beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə üstünlük verilir;
- Beynəlxalq layihələrin idarə olunması və tərəfdaşlıq qurulması sahəsində təcrübə üstünlükdür;
- Beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübə üstünlük hesab olunur.
Tələb olunan bilik və bacarıqlar:
- Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq modelləri üzrə biliklər;
- Güclü analitik və tədqiqat bacarıqları;
- Bazar araşdırması və biznes inkişafı bacarıqları;
- Layihələrin idarə olunması üzrə biliklər;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması və təqdimat bacarıqları;
- MS Office proqramlarında peşəkar istifadə bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – əla
- İngilis dili – əla
- Rus dili – üstünlükdür