İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnformasiya sistemlərinin Auditoru

10-02-2025

750

Description

  • İnformasiya sistemlərinin və elektron xidmətlərin qiymətləndirilməsi proseslərinin həyata keçirilməsi;
  • "Rəqəmsal İnkişaf Konsepsiyası" çərçivəsində sistemlərin analiz (diaqnostikası) edilməsi;
  • Audit hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qiymətləndirmə nəticələri üzrə tövsiyələrin hazırlanması;
  • Qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə dəstək edilməsi;
  • Hesabatlılığın təmin edilməsi;
  • Müvafiq araşdırmaların aparılması;
  • Görüşlərdə və müzakirələrdə iştirak etmək.

Responsibilities

  • İT audit sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;
  • İnformasiya texnologiyaları, kompüter informasiya sistemləri və ya oxşar sahələrdə ixtisaslaşma;
  • Texniki səviyyədə ingilis dili biliyi;
  • İT idarəetmə çərçivələrinin (COBIT kimi) və risklərin idarəedilməsi prinsiplərinin başa düşülməsi. Riskin qiymətləndirilməsi metodologiyaları, risklərin azaldılması strategiyaları və İT ilə bağlı riskləri müəyyən etmək və qiymətləndirmək bacarığı – yüksək səviyyədə;
  • İT idarəetmənin dizayn və effektivliyinin qiymətləndirilməsi bacarığın olması. Buna ümumi İT idarəetmə (məsələn: dəyişikliklərin idarəedilməsi, ehtiyat nüsxələrin yaradılması və zərərdən sonra bərpa olunma) və tətbiq etmənin idarəedilməsi aiddir. Tənzimləyici tələblər və uyğunluq “framework”ləri (məsələn: GDPR, HIPAA və s.) ilə tanışlıq və bu standartlara uyğunluğun qiymətləndirilməsi bacarığının olması – yüksək səviyyədə;
  • İnformasiya təhlükəsizliyi prinsipləri, ən yaxşı təcrübələr və standartları haqqında biliyə sahib olmaq. ISO 27001 kimi təhlükəsizlik “framework”ləri ilə tanışlıq. Şəbəkə təhlükəsizliyi, məlumatın mühafizə olunması, identifikasiya və girişin (access) idarəedilməsi, boşluqların idarəedilməsi və hadisəyə reaksiyanın verilməsi kimi məsələləri başa düşmək – orta səviyyədə;
  • İT layihələrin idarəedilməsi təcrübələrinin qiymətləndirilməsi üzrə təcrübəyə sahib olmaq. Layihələrin idarəedilməsi üzrə mövcud olan “framework”ləri və metodologiyaları (məsələn Agile, Waterfall) başa düşmək. Proqram təminatının hazırlanması həyat dövrü (SDLC) ilə tanışlığın olması – orta səviyyədə.
  • COBIT, ITIL və CISA sertifikatları arzuolunandır;
  • İşgüzar, məsuliyyətli, komandada işləmək bacarığı.

About this role

Apply Before

March 19, 2025

Job Posted On

February 10, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Category

Science, Technology, Engineering