İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Home page
/
/
/
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Blue team)

İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Blue team)

02-09-2025

338

Description

  • Müəllimlər və tələbələr arasında effektiv ünsiyyətin təmin edilməsi üçün əlaqəçi kimi çıxış etmək; 
  • Kursla bağlı yeniləmələri, elanlar və gözləntilərin aydın və vaxtında çatdırılmasını təmin edərək, müəllimlər və tələbələr arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək;
  • Müəllimlərə tələbələrin unikal ehtiyaclarını və problemlərini başa düşməkdə kömək etmək, onlara tələbələrin iştirakını və başa düşməsini maksimum dərəcədə artırmaq üçün öz tədris yanaşmalarını uyğunlaşdırmağa kömək etmək;
  • Fəal öyrənməni təşviq etməklə, müzakirələri asanlaşdırmaqla və tələbə sorğularını və narahatlıqlarını həll etməklə tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək;
  • Tələbələrin tədris prosesində inkişafını izləmək, dərslərdə çətinlik çəkən tələbələri müəyyən edərək lazımi dəstək və resurslarla təmin etmək;
  • Müəllimlər və tələbələrdən alınan rəylər əsasında kursun strukturunun, məzmununun və tədris metodologiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Tələbələrin Blue Team bacarıqlarını real ssenarilər üzrə tətbiq etməsinə şərait yaratmaq məqsədilə kibertəhlükəsizlik insidentlərinin idarəolunması simulyasiyalarını təşkil etmək və dəstəkləmək;
  • Tələbələrin SIEM, IDS/IPS və şəbəkə təhlükəsizliyi monitorinq sistemləri kimi Blue Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyalarından istifadə ilə bağlı yaranan çətinliklərinin həllində kömək etmək;
  • Müəllimlərin lazımi tədris resursları ilə və tələbələrin dərs materialları ilə təmin olunması üçün kurs administratorları ilə əməkdaşlıq etmək;
  • Davamlı inkişafın təmin edilməsi məqsədilə müəllimlərin performansının və tələbələrin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müəllimlər, tələbələr və inzibati heyət arasında düzgün koordinasiyanın qurulması məqsədilə kurs koordinatoru və digər mentorlarla sıx əməkdaşlıq etmək;
  • Təklif olunan iş qrafiki: Axşam mentoru.

Responsibilities

  • Kibertəhlükəsizlik sahəsində, o cümlədən, Blue Team, insidentlərin idarəolunması və şəbəkə təhlükəsizliyi üzrə geniş bilik və təcrübə;
  • Sahə üzrə minumum 2 il iş təcrübəsi;
  • Tədris, treyninq və ya mentorluq üzrə təcrübə,;
  • Müəllimlər və tələbələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün yüksək səviyyədə kommunikasiya bacarıqlarına malik olmaq;
  • Kibertəhlükəsizlik avadanlıqları, texnologiyaları və beynəlxalq praktika, o cümlədən, SIEM, IDS/IPS, şəbəkə təhlükəsizliyi və təhdidlərin aşkarlanması üzrə biliklərə sahib olmaq;
  • Müxtəlif bilik və bacarıq səviyyələrinə malik tələbələrə səbrlə yanaşmaq;
  • Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqənin, vaxt cədvəllərinin və kursla bağlı fəaliyyətin effektiv idarə olunması məqsədilə yüksək səviyyədə təşkilati bacarıqlara malik olmaq;
  • Müəllimlər, tələbələr və inzibati heyətlə əməkdaşlıq bacarığı;
  • Kursun məzmununun zənginləşdirilməsi məqsədilə ən son kibertəhlükəsizlik trendləri və yeniliklər barədə araşdırmağa meylli olmaq.

About this role

Apply Before

October 12, 2025

Job Posted On

September 2, 2025

Job Type

Part-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category here

Science, Technology, Engineering