İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Home page
/
/
/
Proqram təminatı təhlükəsizliyi üzrə mütəxəssis

Proqram təminatı təhlükəsizliyi üzrə mütəxəssis

14-03-2025

1.1K

Description


  • Proqram təminatının inkişaf prosesində təhlükəsizlik tədbirlərini tətbiq etmək (DevSecOps yanaşması) və proqramçılarla sıx əməkdaşlıq edərək təhlükəsiz kod yazma qaydalarını təşviq etmək;
  • Kod analizi aparmaq və təhlükəsizlik zəifliklərini müəyyənləşdirmək üçün statik və dinamik analiz alətlərindən (SAST, DAST, SCA) istifadə edərək nəticələri təhlil etmək;
  • CI/CD Pipeline təhlükəsizlik skanerlərini inteqrasiya etmək və avtomatlaşdırılmış test mühitləri yaratmaq;
  • OWASP Top 10 zəifliklərini müəyyən etmək, qarşısını almaq üçün uyğun strategiyalar hazırlamaq, bu zəifliklərə qarşı tətbiqlərdə preventiv tədbirləri təmin etmək;
  • Pentest nəticələrinə əsasən düzəlişlər və tövsiyələr vermək, təhlükəsizlik risklərini qiymətləndirmək və onları minimallaşdırmaq üçün tədbirlər görmək;
  • Təhlükəsizlik alətlərini və proseslərini avtomatlaşdırmaq, təhlükəsizlik monitorinqi üçün skriptlər və avtomatlaşdırılmış qaydalar yaratmaq;
  • Təhlükəsizlik insidentlərinə cavab vermək,hadisələri təhlil edərək sistemlərdəki zəiflikləri müəyyənləşdirmək və gələcək insidentlərin qarşısını almaq üçün tədbirlər görmək;
  • Təhlükəsizlik üzrə yeni texnologiyaları və metodologiyaları araşdırmaq, tətbiq etmək və təşkilat daxilində DevSecOps mədəniyyətini inkişaf etdirmək.

Responsibilities

  • Kibertəhlükəsizlik və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi;
  • CI/CD alətləri (GitHub Actions, GitLab CI/CD, Jenkins və s.) üzrə təcrübə;
  • Kubernetes və konteyner təhlükəsizliyi sahəsində biliklər;
  • Web tətbiqlərinin zəifliklərinin aşkarlanması və istismar edilməsində təcrübə;
  • Python, Bash, PowerShell, C, C++, Java, və ya Go kimi proqramlaşdırma dillərinin bir və ya bir neçəsi ilə təcrübə;
  • Web tətbiqlərinin (API-lər daxil olmaqla) və ya mikroservislərin inkişafında təcrübə;
  • OSCP, CDP və ya bənzər sertifikatlara sahib olanlara üstünlük verilir.

About this role

Apply Before

April 23, 2025

Job Posted On

March 14, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Science, Technology, Engineering