İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Home page
/
/
/
Radiasiya texnologiyaları üzrə təcrübəçi

Radiasiya texnologiyaları üzrə təcrübəçi

Today

8

Description

  • Qamma şüalandırma qurğusunun və köməkçi sistemlərin idarə olunması və iş rejiminin monitorinqinin aparılması;
  • Qurğunun etibarlı və təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müntəzəm texniki baxışların və texniki xidmət tədbirlərinin həyata keçirilməsi;
  • Dozimetrik nəzarət sistemlərinin və ölçmə cihazlarının istismarının, kalibrlənməsinin və monitorinqinin təmin edilməsi;
  • Şüalandırılacaq məhsulların qəbul edilməsi, qurğuya yüklənməsi və şüalandırmadan sonra boşaldılması proseslərinin təşkili və icrası;
  • Radiasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq radiasiya risklərinin minimuma endirilməsi məqsədilə təhlükəsizlik prosedurlarının və təlimatlarının tətbiqi;
  • Şüalandırma prosesləri üzrə operativ qeydlərin və texniki sənədlərin aparılması.


Requirements

  • Ali təhsil (mühəndislik, fizika, kimya və ya əlaqəli ixtisaslar üzrə);
  • Radiasiya təhlükəsizliyi qaydaları və protokolları üzrə ilkin biliklər arzuolunandır;
  • Kompüter və müvafiq proqram təminatı ilə işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dilləri arzuolunandır);
  • Radiasiya texnologiyaları, dozimetriya və ya laboratoriya avadanlıqları üzrə ilkin biliklər arzuolunandır;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
  • Tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

About this role

Apply Before

April 4, 2026

Job Posted On

mart 5, 2026

Job Type

Internship

Career level

Other

Education

Bachelor's Degree

Category

Science, Technology, Engineering