İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Home page
/
/
/
Rəqəmsal xidmətlərin dizaynı və təkmilləşdirilməsi şöbəsinin müdiri

Rəqəmsal xidmətlərin dizaynı və təkmilləşdirilməsi şöbəsinin müdiri

31-07-2025

358

Description

  • Rəqəmsal Hökumət Arxitekturasının formalaşdırılması işlərinin təşkili;
  • Dövlət qurumlarının rəqəmsal xidmətlərinin istifadəçi yönümlü dizaynının təşkili və təkmilləşdirilməsi;
  • Biznes məqsədlərinin İT standartlar, təcrübə və metodologiyalarına (ISO, ITIL) uyğunlaşdırılması;
  • Xidmət kataloqunun strukturlaşdırılması, xidmətlərin xəritələndirilməsi və təhlili işlərinin aparılması;
  • Məlumatların idarə edilməsi prosesləri üçün idarəetmə çərçivələrini və standartlarını müəyyən edilməsi;
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik və onların inkişafının təmin edilməsi;
  • Rəqəmsal transformasiya layihələrində iştirak və aidiyyəti qurumlarla koordinasiya.


Responsibilities

  • İnformasiya texnologiyaları, sistem mühəndisliyi, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə tam ali təhsil;
  • Dövlət xidmətlərinin normativ hüquqi tənzimlənməsi və strateji inkişaf planlarına uyğunlaşdırılması sahəsində anlayış;
  • Rəqəmsal xidmətlərin təkmilləşdirilməsi, dövlət informasiya sistemlərinin inkişafı və idarə olunması sahəsində 5 ildən az olmayaraq peşəkar təcrübə və sahə üzrə 3 ilik rəhbər vəzifədə komanda idarəetmə fəaliyyəti göstərmiş olması;
  • Dövlət və özəl sektorda layihələrin idarə edilməsi, rəqəmsal transformasiya planlarının hazırlanması və icrası üzrə rəhbərlik təcrübəsi;
  • İT həllər üzrə İnsan mərkəzli dizayn (Human-Centered Design), Design Thinking yanaşmalarına bələdlik və tətbiq təcrübəsi;
  • Xidmətlərin xəritələndirilməsi, proses modelləşdirilməsi (BPMN), xidmət kataloqunun qurulması və optimallaşdırılması üzrə bilik və bacarıqlar;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır).


Üstünlük verilir:


  • Dövlət qurumlarında rəqəmsal xidmətlərin layihələndirilməsi və təkmilləşdirilməsi üzrə real layihələrdə iştirak etmiş şəxslər;
  • Elektron xidmətlərin hüquqi, texniki və funksional tərəfləri üzrə sənədlərlə işləmə bacarığı olan namizədlər;
  • Dövlət qurumları və özəl texnoloji tərəfdaşlar arasında koordinator kimi çıxış etmiş şəxslər;
  • Layihə idarəetməsi və İT idarəetməsi sahəsində beynəlxalq sertifikatlara (PMP, ITIL, Cobit və ya bənzər) malik olan şəxslər.

About this role

Apply Before

September 9, 2025

Job Posted On

July 31, 2025

Job Type

Full-time

Category

Science, Technology, Engineering