Qarabağ Universitetinin Klinikası

Həkim-kardioloq

21-05-2026

183

Description

Vəzifənin təsviri:


  • Müxtəlif yaş qruplarından olan pasiyentlərin ürək-damar sistemi üzrə profilaktik və planlı müayinələrinin aparılması.
  • Ürək-damar xəstəliklərinin vaxtında diaqnostikası və düzgün müalicə taktikasının seçilməsi.
  • Arterial hipertenziya, ürək çatışmazlığı, aritmiyalar, işemik ürək xəstəliyi və digər kardioloji xəstəliklərin müalicə və izlənilməsinin təmin edilməsi.
  • Xroniki ürək-damar xəstəliklərinə nəzarət edilməsi və pasiyentlər üçün fərdi müalicə planlarının hazırlanması.
  • Pasiyentlərə ürək-damar xəstəliklərinin profilaktikası, sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və müalicəyə riayət edilməsi barədə maarifləndirici məsləhətlərin verilməsi.
  • Zəruri hallarda EKQ, EXO-kardioqrafiya, Holter monitorinqi, stress-test, laborator və digər instrumental müayinə üsullarının təyin olunması və nəticələrin şərh edilməsi.
  • Pasiyentlərin tibbi sənədləşməsinin aparılması və elektron sistemlərdə qeydiyyatın təmin edilməsi.
  • Multidissiplinar komanda ilə əməkdaşlıq edərək pasiyentin müalicə və izləmə prosesinin koordinasiya edilməsi.
  • Klinikanın elmi və praktiki fəaliyyətində iştirak edilməsi, konfrans, seminar və digər peşəkar tədbirlərdə klinikanın təmsil olunması.


Requirements

Namizədə tələblər:


  • Ali tibbi təhsil və Kardiologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
  • Kardiologiya sahəsi üzrə klinik bilik və praktik bacarıqlar.
  • Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
  • Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
  • Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.




About this role

Apply Before

June 20, 2026

Job Posted On

may 21, 2026

Job Type

Full-time

Category

Healthcare Services