Qarabağ Universiteti Klinikası

PR və marketinq meneceri

23-10-2025

401

Description

Vəzifə Öhdəlikləri:

·      Klinikanın brend imicini formalaşdırmaq, qorumaq və inkişaf etdirmək üçün strategiyalar hazırlamaq və onların icrası;

·      Marketinq planı tərtib etmək, hədəf auditoriyaya uyğun kampaniyalar həyata keçirmək və xidmətlərin tanıtımını təmin etmək;

·      Rəqəmsal marketinq alətləri ilə işləmək, sosial media hesablarını aktiv şəkildə idarə etmək;

·      Xəstəxananın rəsmi veb-saytının məzmununun yenilənməsi üçün lazımi işləri icra etmək;

·      Mətbuatla əlaqə qurmaq, press-relizlər yazmaq, müsahibə və media çıxışlarının təşkili;

·      Daxili kommunikasiya kanallarını idarə etmək: həkim və personal üçün məlumatlandırıcı materialların yayımlanması;

·      Tibbi xidmətlərin məqsədli auditoriyaya çatdırılması və brend imicinin gücləndirilməsi məqsədilə broşür, buklet, afişa və digər reklam materiallarının hazırlanmasına nəzarət etmək;

·      İctimai və elmi tədbirlər (konfranslar, seminarlar, sağlamlıq günləri, donor aksiyaları və s.) planlamaq və icra etmək;

·      Xəstəxana tərəfindən təşkil olunan açılış, yığıncaq, imic tədbiri və sosial məsuliyyət layihələrinin təşkili və idarə edilməsi;

·      Xəstə məmnuniyyətini artırmaq məqsədilə maarifləndirici kontentlərin hazırlanması və yayımlanmasını təmin etməli;

Xəstəxananın rəhbərliyinə görülən PR və marketinq fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar təqdim etməli

Responsibilities

Tələblər

·      Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr və oxşar sahələr üzrə)

·      Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (Səhiyyə, təhsil və ya digər oxşar xidmət sektorunda marketinq və kommunikasiya sahəsində təcrübə üstünlükdür)

·      Azərbaycan dili – sərbəst (yazılı və şifahi ünsiyyət, qrammatika və yazı üslubu üzrə yüksək səviyyə), Xarici dil: Rus/İngilis dili (Sərbəst ünsiyyət dərəcəsi)

·      Marketinq və brend idarəçiliyi üzrə nəzəri və praktik biliklər

·      Xidmət sektorunda, xüsusilə səhiyyə sahəsində marketinq strategiyaları və prinsipləri haqqında anlayış

·      Brendin mövqeləndirilməsi və hədəf auditoriyaya uyğun kommunikasiya strategiyalarının hazırlanması bacarığı

About this role

Apply Before

December 2, 2025

Job Posted On

October 23, 2025

Job Type

Full-time

Category

Mass Media and Public Relations