LANDAU School
Home page
/
/
/
Xaricdə təhsil departamentinin rəhbəri

Xaricdə təhsil departamentinin rəhbəri

11-09-2024

380

Description

Namizədin öhdəlikləri:


- Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini koordinasiya etmək;

- Təqaüd proqramı, təhsil haqqı, transfer, yataqxanalar, viza prosesi müraciətlərini koordinasiya etmək;

- Ödəniş prosesini koordinasiya etmək;

- Tələbələrin müvafiq beynəlxalq imtahanlara qeydiyyatdan keçməsinə koordinasiya etmək;

- Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;

- Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;

- Xaricdə təhsil departamentinin büdcəsini təyin etmək və ona nəzarət etmək;

- Partnyorlarla mütamadi görüşləri təşkil etmək və keçirmək;

- Təhsil sərgiləri və seminarlar barədə araşdırma aparmaq və departament əməkdaşlarının iştirakını təmin etmək;

- Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra edilməsinə nəzarət etmək;

- Xaricdə təhsil departamentinə rəhbərlik etmək və departamentin əməkdaşlarını yönləndirmək;

- Rəhbərliyin tələb etdiyi dövri hesabatları hazırlamaq;

- Üst rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Responsibilities

Tələblər:


- Ali təhsil;

- Azərbaycan dili – ana dili, həmçinin Rus vəya İngilis dilindən birini həm yazılı, həm şifahi sərbəst bilmək;

- Bu sahədə təcrübə - arzuolunandır; 

- Rəhbər vəzifəsində 2 ildən çox təcrübə;

- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;

- Kompüter bilikləri: MS Office proqramları;

- Təşkilatçılıq qabiliyyəti;

- Zamanın idarə olunması və operativlik.



Təqdim etdiyimiz iş şərtləri:


- Ofisdə individual iş yeri;

- Stabil, gecikməyən əmək haqqı;

- Mütəmadi təlimlər;

- İş qrafiki: 6 günlük iş rejimi

 I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;

- Əmək haqqı razılaşdırma ilə təyin edilir.

About this role

Apply Before

October 21, 2024

Job Posted On

September 11, 2024

Job Type

Full-time

Category

Education