Mətanət A Şirkətlər Qrupu
Home page
/
/
/
İşə qəbul üzrə mütəxəssis

İşə qəbul üzrə mütəxəssis

Today

49

Description

  • Namizədlərin cəlb edilməsi məqsədilə şirkətin struktur bölmələri ilə sıx əməkdaşlıq edərək işə qəbul və seçim prosesinin effektiv şəkildə həyata keçirilməsi;
  • Şirkətin işə qəbul siyasətinə və strategiyasına uyğun olaraq işə qəbul prosesinin tam və mütəşəkkil idarə edilməsi;
  • Zərurət yarandıqda, struktur bölmə rəhbərlərinə işə qəbul prosesi ilə bağlı peşəkar məsləhət və tövsiyələrin verilməsi;
  • İşçi tələbatlarına əsasən iş elanlarının hazırlanması, müvafiq platformalarda yerləşdirilməsi və elanlara nəzarət edilməsi;
  • Şirkətin CV bazasının mütəmadi olaraq yenilənməsi, genişləndirilməsi və təhlili;
  • Namizədlərin peşəkarlığını təsdiqləmək üçün əvvəlki və ya cari işəgötürənlərdən etibarlı rəylərin əldə edilməsi;
  • İşə qəbul prosesinə aid inzibati və təşkilati məsələlərin icrası – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin toplanması və uyğunluğunun yoxlanılması;
  • Yeni işçilərin işə başlamasına dair lazımi koordinasiya və dəstəyin təmin edilməsi;
  • İstedadların cəlb edilməsi üzrə mövcud qanunvericilik biliklərinin daim yenilənməsi və inkişaf etdirilməsi;
  • Şirkətin işə qəbul brendinin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən təyin olunmuş digər oxşar tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Responsibilities

  • Təhsil: Ali;
  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi (Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
  • Kompüter biliyi: MS Office proqramları;
  • Dillər: Azərbaycan dili yüksək, Rus və İngilis dilləri üstünlükdür;


İş şəraiti:


  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş yeri: Nərimanov r-nu, Luxen Plaza;
  • İstirahət: Şənbə və bazar günü;
  • Korporativ nömrə verilir.


Əmək haqqı müsahibə nəticəsinə əsasən müəyyən olunacaq.

About this role

Apply Before

March 2, 2025

Job Posted On

January 21, 2025

Job Type

Tam ştat

Experience

3-4 il

Career level

Orta səviyyəli

Education

Bakalavr

Category

Maliyyə, Biznes və idarəetmə