Prime Cotton
Home page
/
/
/
Baş anbardar (Sabirabad)

Baş anbardar (Sabirabad)

  • Prime Cotton
  • 2 Heydər Əliyev, Sabirabad, Azərbaycan
  • Full-time

20-11-2024

167

Description


  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasını təmin etmək;
  • Yararsız vəziyyətə düşümüş mal-materialların hərəkətini əks etdirən gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını təmin etmək;
  • Daxili prosedurlara uyğun istismardan çıxarılmış (işlənmiş) və kənara satış üçün ayırılmış mal-materiallar üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatın hazırlanmasını və həmin malların anbar ərazisində digər anbar qalıqlarından ayrı yerləşdirilməsini təmin etmək;
  • Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.


Responsibilities


Tələblər:


  • Ali təhsil;
  • Minimum sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək;
  • Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.


Əlavə məlumat:


  • İş rejimi: 6 günlük iş qrafiki.
  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • İş ünvanı: Sabirabad, Heydər Əliyev pr. 2



About this role

Apply Before

December 30, 2024

Job Posted On

November 20, 2024

Job Type

Full-time

Category

Logistics and Transportation