Prime Cotton
Home page
/
/
/
Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

Keyfiyyət təminatı üzrə kiçik mütəxəssis

20-11-2024

490

Description

  • “Prime Cotton” MMC-nin fəaliyyəti ilə bağlı biznes prosesləri müəyyən etmək və müvafiq qaydada sənədləşdirmək;
  • Şirkətin İnteqrasiya edilmiş Menecment Sisteminin (sonradan “İMS” adlanacaq) tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
  • İMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
  • İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
  • Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
  • Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
  • Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
  • Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
  • Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
  • İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək;
  • Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
  • Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
  • Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
  • Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
  • Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
  • Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.


Məsuliyyətlər:


  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;
  • Fəaliyyəti ilə bağlı təyin olunmuş hədəflərə nail olmaq;
  • Şirkətdə qüvvədə olan daxili normativ sənədlərin tələblərinə və fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik aktlarının tələblərinə riayət etmək;
  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) ilə bağlı daxili sənədlər və müvafiq qanunvericilik tələblərinə riayət etmək.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.


Responsibilities

Təhsil: Ali;

Təcrübə: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;

Sertifikatlar:

Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:

  • ISO 9001:2015 – Quality Management Systems Auditor

Dil bilikləri: Azərbaycan, İngilis (Rus dili – arzu olunandır);

Kompüter bilikləri: MS Office (Word, Excel, Power point), MS Visio;

Texniki biliklər:

  • “ISO 9000:2015 Quality management systems — Fundamentals and vocabulary” standartı üzrə biliklər;
  • “ISO 9001:2015 Quality management systems — Requirements” standartı üzrə biliklər;
  • “ISO 19011:2018 Guidelines for auditing management systems” standartı üzrə biliklər;
  • ISO 14001:2015, ISO 45001:2018 və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq;
  • Proses xəritələri və blok sxemlərin tərtib olunması. Biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0).

Səriştə və bacarıqlar:

  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Dəqiqlik və detallara diqqət göstərmək bacarığı;
  • Yüksək səviyyədə aktiv dinləmə bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;
  • Zamanın idarə edilməsi və tapşırıqların prioritetləndirilməsi;
  • Təqdimat bacarıqları.

About this role

Apply Before

December 19, 2024

Job Posted On

November 20, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration