MKT İK MMC
Home page
/
/
/
Nəqliyyat çilingəri

Nəqliyyat çilingəri

16-09-2024

61

Description

  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
  • Kənd təsərrüfatı texnikasını istismar etmək və təmir prosesində yoxlama zamanı qüsurları aşkar etmək və aradan qaldırmaq;
  • Kənd təsərrüfatı texnikasına təyin olunmuş intervalda mütəmadi baxış keçirmək;
  • Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarını təmin etmək;
  • Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərini icra etmək;
  • Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
  • Mexaniki komponentlər və ya hissələri yaxşı vəziyyətdə saxlamaq və/və ya təmir etmək;
  • Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədi ilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
  • Tələb olunan spesifikasiyaya uyğun olaraq istismar qaydaları kitabçasında göstərilən qaydada komponentləri və ya hissələri saxlamaq, təmir etmək və ya dəyişmək;
  • Texniki vəziyyəti dəqiqləşdirmək məqsədi ilə lazım olduqda yoxlama cihazlarından və avadanlıqlarından istifadə etmək;
  • Kənd təsərrüfatı texnikalarının, qoşqu, aqreqat və digər avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  •  İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • 1Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
  •  Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Responsibilities

  • Nəqliyyat vasitələrinin detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilməli;
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
  • Məsuliyyətli, işgüzar, dürüst və çevik olmalı;
  •  Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmaq;
  •  İstehsalat avadanlıqları ilə iş təcrübəsi olmalı;
  • Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilməli.

About this role

Apply Before

October 15, 2024

Job Posted On

September 16, 2024

Job Type

Full-time

Category

Industry and Agriculture