Milli Aviasiya Akademiyası
Home page
/
/
/
Beynəlxalq əlaqələr üzrə mütəxəssis

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

21-11-2025

735

Description

  • Xarici ölkələrin ali məktəbləri, sənaye müəssisələri, beynəlxalq təhsil mərkəzləri, fondları və s. ilə MAA-nın əlaqələrini yaratmaq və ya mövcud əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, bu əlaqələri rəsmiləşdirən sənədlərin layihələrini hazırlamaq və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsində digər şöbələrlə birgə fəaliyyəti təşkil etmək
  • Xarici tərəfdaşlardan alınmış korrespondensiyanı qəbul etmək, onları Azərbaycan dilində tərcümə etmək, xarici dillərdə cavablarını hazırlamaq və rektorluq tərəfindən təsdiq olunmuş sənədlərin göndərilməsini təşkil etmək
  • Xarici dövlətlərin universitetlərindən MAA-ya gəlmiş professor-müəllim, stajkeçən, tələbə, yaradıcı kollektiv və idmançıların qəbulunu təşkil etmək və qeydiyyatını aparmaq
  • Universitetin fakültə və struktur bölmələri ilə sıx əməkdaşlıq edərək xarici təhsil trendləri, beynəlxalq proqram və layihələr üzrə müvafiq koordinasiya işlərini aparmaq

Responsibilities

  • Ali təhsil səviyyəsi: bakalavr (magistr dərəcəsinin olması üstünlükdür)
  • Təhsil istiqaməti: beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, iqtisadiyyat, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil
  • Minimum 2 il iş təcrübəsi (müvafiq sahə üzrə)
  • Dil bilikləri: ingilis dili – yüksək səviyyədə, rus dili biliklərinin olması arzuolunandır
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Yüksək məsuliyyətlilik, nəticəyə yönümlülük, dinamik iş mühitinə uyğunlaşma, təşəbbüskarlıq və korporativ loyallıq
  • Müvafiq fəaliyyət sahəsini tənzimləyən qanunvericilik aktları və normativ-hüquqi sənədlər barədə biliklər

About this role

Apply Before

December 21, 2025

Job Posted On

noyabr 21, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration