OBA Market MMC
Home page
/
/
/
Hesabatlıq və analitika üzrə aparıcı mütəxəssis

Hesabatlıq və analitika üzrə aparıcı mütəxəssis

03-06-2026

218

Description

Kommersiya departamenti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını, yenilənməsini və təqdim edilməsini təmin etmək;

Məlumatların düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;

Biznes ehtiyaclarına uyğun ad-hoc hesabatlar, analizlər və data çıxarışları hazırlamaq;

Satış, stok, qiymət dəyişiklikləri və digər kommersiya göstəriciləri üzrə analitik təhlillər aparmaq;

KPI-ların və performans göstəricilərinin hazırlanmasını, monitorinqini və nəticələrinin qiymətləndirilməsini həyata keçirmək;

Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək və tətbiq etmək;

Tədarükçülər, məhsul kateqoriyaları və mağazalar üzrə satış və performans analizləri aparmaq;

LFL (Like-for-Like) metodologiyası əsasında dövrlərarası müqayisəli hesabatlar hazırlamaq;

Tədarükçü, məhsul və mağaza səviyyəsində marja (margin) göstəricilərini təhlil etmək və nəticələri qiymətləndirmək;

Silinmə (Write-off) göstəricilərini izləmək, səbəb analizləri aparmaq və təkmilləşdirmə təklifləri vermək;

Satış, Maliyyə, Logistika və digər əlaqəli şöbələrlə məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;



İş qrafiki:

5 günlük

İş saatları: 09.00-18.00

Requirements

Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

Hesabatlılıq, biznes analitikası, kommersiya analitikası və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;

MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, XLOOKUP, mürəkkəb formulalar və s.);

Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək bacarığı;

Böyük həcmli məlumatlarla işləmək və analitik nəticələr çıxarmaq bacarığı;

Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;

SQL bilikləri üstünlük hesab olunur;

Komanda ilə işləmək, vaxtın idarə olunması və nəticəyönümlülük bacarıqları.

About this role

Apply Before

July 3, 2026

Job Posted On

iyun 3, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Other

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Nahar təminatı
  • Karyera yüksəlişi
  • Təlim dəstəyi
  • Nəqliyyat xidməti