Pangea Highway Innovations
Home page
/
/
/
Layihə İcrası üzrə Texniki İşçi

Layihə İcrası üzrə Texniki İşçi

21-08-2025

296

Description

Layihə İcrası üzrə Texniki İşçi kimi əsas vəzifəniz şirkət tərəfindən həyata keçirilən layihələrin icra proseslərində sahədə iştirak etməkdir. Bu vəzifə texniki bilik və fiziki hazırlıq tələb edir. İş əsasən Azərbaycanın bölgələrində sahə şəraitində aparılır.

·       Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək

·       Avadanlıqların quraşdırılması və montaj proseslərini yerinə yetirmək

·       Asfalt və ya beton yol səthlərində işarələmə, kəsmə və qırma işlərini icra etmək

·       Dirəklər üzərinə quraşdırılacaq avadanlıqların montaj işlərini həyata keçirmək

·       Sahə işləri üçün infrastrukturun hazırlanmasını təmin etmək

·       Fəaliyyət sahələrinin təmizliyini və təhlükəsizliyini təmin etmək

·       Layihə çərçivəsində yolun açılıb-bağlanması işlərini icra etmək

·       Enerji, infrastruktur, fiber-optik xətlər və digər mümkün riskləri müşahidə edərək rəhbərliyə bildirmək

·       Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək

·       Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək

·       Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək

Responsibilities

·       Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

·       Avtomobil idarəetmə bacarığı

·       Səfər məhdudiyyətinin olmaması

·       Açıq hava və sahə şəraitində işləməyə hazır olmaq

About this role

Apply Before

September 30, 2025

Job Posted On

August 21, 2025

Job Type

Full-time

Experience

Up to1 year

Career level

Professional

Education

High school

Salary

800 - 1000 AZN

Category here

Other