PASHA Bank
Home page
/
/
/
Fərdi Bankçılıq üzrə Satışlar Şöbəsində Tərəfdaşlıq İstiqamətinin Mütəxəssisi

Fərdi Bankçılıq üzrə Satışlar Şöbəsində Tərəfdaşlıq İstiqamətinin Mütəxəssisi

05-11-2024

1K

Description

Partnyor Şəbəkəsinin İnkişafı:

  • Özəl bankçılıq üzrə müştərilər üçün dəyər təklifini artırmaq məqsədilə yüksək keyfiyyətli brendlər, lüks xidmət təminatçıları və lifestyle şirkətləri ilə əməkdaşlıqlar qurmaq.
  • Bankın brendinə və müştəri gözləntilərinə uyğun olan eksklüziv faydalar təmin etmək üçün partnyorluq müqavilələrini danışıqlar yolu ilə qurmaq və idarə etmək.
  • Mövcud tərəfdaşlarla qarşılıqlı faydalı münasibətləri qoruyub saxlamaq və əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanları daim araşdırmaq.
  • Partnyorların ehtiyaclarına effektiv,vaxtında cavab verilməsini təmin etmək,

Tədbirlərin Planlaşdırılması və İcrası:

  • Müştəri əlaqələrini gücləndirmək, loyallığı artırmaq və yüksək məmnuniyyət səviyyəsi yaratmaq üçün eksklüziv müştəri tədbirlərini təşkil etmək.
  • Tədbirlərin konsepsiyasından yerində icrasına qədər daxili komandalar və xarici təchizatçılarla əməkdaşlıq edərək tədbirlərin problemsiz həyata keçirilməsini təmin etmək.
  • Tədbir performansını və müştəri rəylərini izləmək, müştəri məmnuniyyətinə, sadiqliyinə və premium kredit kartlarının dövriyyəsinə təsirini qiymətləndirmək.

Məhsulun Təşviqi və Faizdən Kənar Gəlirin Artırılması:

  • Partnyorluq şəbəkəsi daxilində premium kredit kartları və lifestyle məhsullarının marketinqi və təşviqinə dəstək olmaq, məhsul istifadəsini və məşğulluğunu artırmağa yönəlmiş fəaliyyətlər həyata keçirmək.
  • Lifestyle məhsullardan faizdən kənar gəlirin artırılması üçün təşəbbüslər müəyyənləşdirmək və həyata keçirmək, o cümlədən premium kart sahiblərinə eksklüziv faydalar gətirən partnyorluqlar qurmaq.
  • Məhsul inkişaf komandası ilə sıx əməkdaşlıq edərək, hədəf müştəri kütləsi ilə rezonansa girən yeni lifestyle təklifləri təqdim etmək.

Müştəri Təcrübəsinin və Sadiqliyin Gücləndirilməsi:

  • Müştəri məmnuniyyətini və sadiqliyini artırmağa yönəlmiş təşəbbüslərə aktiv şəkildə töhfə vermək, bütün qarşılıqlı əlaqələrdə yüksək keyfiyyətli müştəri təcrübəsini təmin etmək.
  • Müştəri rəylərini analiz etmək və partnyorluq təkliflərini müştəri gözləntilərinə uyğun şəkildə dəyişmək üçün əlaqə menecerləri və müştəri xidmətləri komandası ilə əməkdaşlıq etmək.
  • Lifestyle və bank xidmətləri xaricindəki məhsullarla müştəri məşğulluğunu izləmək və müştəri sadiqliyini gücləndirmək üçün strategiyaları uyğunlaşdırmaq.

Monitorinq və Hesabat Vermə:

  • Müştəri sadiqliyi, məmnuniyyəti, premium kredit kartlarının dövriyyəsi və faizdən kənar gəlirin artımı kimi əsas göstəricilər üzərində müntəzəm olaraq analiz və hesabat vermək.
  • Məlumat trendlərinə əsaslanaraq, strategiyaları təkmilləşdirmək və nəticələri optimallaşdırmaq üçün rəhbərliyə tövsiyələr təqdim etmək.
  • Partnyorluqlar, tədbirlər və müştəri qarşılıqlı əlaqələri haqqında dəqiq qeydlər saxlamaq və davamlı təkmilləşdirmə üçün şəffaflığı təmin etmək.

Responsibilities

•          Təhsil: İqtisadiyyat, Marketinq və digər müvafiq sahələr üzrə bakalavr dərəcəsi;

•          Satış, tədbirlərin təşkili sahəsində 2-3 il təcrübə;

•          Dil bilikləri: Azərbaycan dili (Səlist),İngilis dili (Yaxşı), Rus dili (Yaxşı);

•          Bank məhsullarını sata bilmə bacarığı;

•          Tədqiqat və analitik bacarıqlar, marketinq bilikləri;

•          Bank Qaydalarına dair biliklər.

About this role

Apply Before

December 15, 2024

Job Posted On

November 5, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration