PASHA Bank
Home page
/
/
/
Maliyyə İdarəedilməsi departamenti, Mühasibatlıq və Vergi şöbəsinin Eksperti

Maliyyə İdarəedilməsi departamenti, Mühasibatlıq və Vergi şöbəsinin Eksperti

Today

149

Description

  • Vergi qanunvericiliyinə və bankın daxili siyasətlərinə uyğun olaraq vergi uçotunu və hesabatlarını aparmaq.
  • Vergi hesabatlarının hazırlanması və vaxtında müvafiq orqanlara təqdim olunmasını təmin etmək.
  • Vergi orqanları, auditorlar və digər müvafiq təşkilatlarla əlaqələri idarə etmək.
  • Mühasibatlıq və vergi ilə bağlı biznes bölmələrinə məsləhət və metodik dəstək göstərmək.
  • Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək.
  • Vergi üzrə audit yoxlamalarında iştirak etmək və müvafiq məlumatları təqdim etmək.
  • Maliyyə dövrünün bağlanması prosesində iştirak etmək, proseslərin optimallaşdırılmasına töhfə vermək.
  • Əl işlərinin avtomatlaşdırılması və ERP sistemlərinin vergi modullarının tətbiqində iştirak etmək.
  • Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və bankın müvafiq bölmələrini vaxtında məlumatlandırmaq.
  • Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək.
  • Daxili audit komandası ilə əməkdaşlıq edərək, vergi ilə bağlı daxili nəzarətlərin gücləndirilməsini təmin etmək.
  • Vergi məcəlləsinin tələblərinə uyğun olaraq transfer qiymətləndirmələri üzrə dəstək göstərmək.
  • Vergi öhdəliklərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Xarici və yerli vergi məsləhətçiləri ilə əlaqələri idarə etmək və onların tövsiyələrini qiymətləndirmək.
  • Vergi ödənişlərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək.
  • Vergi mübahisələri və ya iddialarla bağlı məsələlərdə hüquq şöbəsi ilə birlikdə iş aparmaq.
  • Vergi ilə bağlı təlimlərin təşkili və işçilərin maarifləndirilməsi prosesində iştirak etmək.
  • Daxili müştərilərlə əlaqələrin qurulması.
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barədə dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənmənin qarşısını alan qaydada işləmək.


Responsibilities

  • Təhsil: İqtisadiyyat, Mühasibatlıq, Hüquq və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il
  • Lisenziya / Sertifikat: CTA (Chartered Tax Advisor)/ACCA/PMS -arzu olunandır  
  • Xarici dillər: Rus, İngilis (yaxşı)
  • Kompüter bilikləri: MS Office proqramları
  • Başqa tələblər: Vergi qanunvericiliyi və mühasibatlıq standartları haqqında dərin biliklər.

 

About this role

Apply Before

August 14, 2025

Job Posted On

July 15, 2025

Job Type

Full-time

Category

Finance, Business and Administration