PASHA Property Management
Home page
/
/
/
İstismar xidmətləri üzrə menecer

İstismar xidmətləri üzrə menecer

29-07-2024

2.2K

Description

  • Müştərilərə yüksək səviyyəli xidmət, onların mümkün şikayətlərini cavablandırmaq üçün mövcud icarədarlarla işgüzar əlaqələr yaratmaq;
  • Binanın təqdim olunması və istismar xidmətlərinin ən yüksək səviyyədə olmasını təmin etmək. Planlaşdırılmış istismar xidmətləri operativ rejimdə həyata keçirilməlidir;
  • Mülkiyyətə aid bütün avadanlıqlarla və xidmət müqavilələri ilə tanış olmaq;
  • Sağlamlıq və təhlükəsizlik qanunvericiliyi, və digər ümumi xarakterli qanunvericiliklə uyğunlaşmanı təmin etmək. Bütün tələb olunan qanuni testləri yerinə yetirmək. Yanğın təhlükəsizliyi testini yerinə yetirmək;
  • İşçi heyətinə nəzarət etmək, onu həvəsləndirmək, iş həcminin normada olmasını və iş keyfiyyətinin qəbul ediləcək səviyyədə olmasını təmin etmək;
  • Mütəmadi olaraq yoxlamalar aparmaq və lazım olduqda təlimlər keçirmək. Ehtiyac olduqda, iş sahələrində təlimlər keçirmək;
  • Yüksək standartlara uyğun xidmətlər göstərərkən, xərclərin nəzərdən keçirmək və mümkün olan yerlərdə xərclərə qənaət etmək;
  • Yerli bazarda rəqib şirkətlərin analoji mərkəzləri və xidmətləri ilə tanış olmaq;
  • Ümumi biznes məqsədlərinə uyğun gələn texniki xidmətin idarə edilməsi strategiyasını hazırlamaq;
  • Bütün texniki xidmət proseslərinə və əməliyyatlarına nəzarət və rəhbərlik etmək;
  • İstismar xidmətləri qrupları üçün ümumi gələcəyə baxış, missiya və strategiyanı müəyyən etmək;
  • Xərcləri izləmək və istismar xidmətləri üçün büdcəyə nəzarət etmək;
  • İş standartlarında olmasını təmin etmək üçün bütün maşınlara qulluq etmək;
  • İstismar xidmətləri prosedurlarını yaratmaq və həyata keçirmək;
  • Problemləri aşkar etmək və həll etmək üçün obyektlərdə mütəmadi yoxlamalar aparmaq;
  • Bütün təmir və quraşdırma işlərini planlaşdırmaq və idarə etmək;
  • Bütün departament işçilərinin təhlükəsizlik qaydalarına və prosedurlarına riayət etmələrini təmin etmək;
  • Təmir cədvəllərini təyin etmək və təmir xərclərini qiymətləndirmək;
  • Gündəlik hesabatları və texniki xidmət jurnallarını sənədləşdirmək və hazırlamaq;
  • Avadanlıq ehtiyatına nəzarət etmək və lazım olduqda yeni təchizat üçün sifariş vermək;
  • Mükəmməl təcrübə və proqramlara əsaslanan layihənin enerji səmərəliliyinin qiymətləndirilməsinə cavabdeh olmaq;
  • Təmir planları, aktivlərin vəziyyəti və profilaktik təmir nəticələrinə əsasən idarə olunan bütün əmlaklar üçün OPEX və CAPEX xərclərini büdcələşdirmək və proqnozlaşdırmaq.

Responsibilities

  • Müvafiq sahədə ali təhsil;
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı;
  • Qonaqpərvərlik və/və ya tikinti sənayesində təcrübə;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
  • Güclü analitik və qərar qəbuletmə bacarığı;
  • Yüksək təşkilatçılıq və danışıqlar aparmaq bacarığı.

About this role

Apply Before

September 29, 2024

Job Posted On

July 29, 2024

Job Type

Full-time

Category

Science, Technology, Engineering