PASHA Property Management
Home page
/
/
/
İstismar xidmətləri üzrə nəzarətçi

İstismar xidmətləri üzrə nəzarətçi

09-04-2026

440

Description

PAŞA Property Management “İstismar xidmətləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


  • Texniki xidmət qrupunun gündəlik əməliyyatlarına nəzarət etmək və iş prosesini təşkil etmək;
  • Sistem və avadanlıqları qiymətləndirərək tələb olunan texniki xidmət və təmir işlərini müəyyən etmək;
  • İş prioritetlərini planlaşdırmaq və tapşırıqları komanda üzvlərinin bilik və bacarıqlarına uyğun şəkildə bölüşdürmək;
  • Bina sistemlərinin mütəmadi monitorinqini aparmaq və iş planlarını formalaşdırmaq;
  • Baxım və təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun, effektiv və vaxtında icrasını təmin etmək;
  • Komanda üzvlərinin yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət etmək;
  • İstifadə olunan materialların, ehtiyat hissələrinin və digər resursların uçotunu aparmaq;
  • İşçi heyətin iş vaxtına nəzarət etmək və hesabatlılığı təmin etmək;
  • Departamentin büdcəsinin planlaşdırılmasına və təmir layihələrinin xərclərinin optimallaşdırılmasına dəstək olmaq;
  • Təhlükəsizlik standartlarının tətbiqinə nəzarət etmək və müvafiq təlimlərin təşkilində iştirak etmək;
  • Texniki İstismar Qrupunun Rəhbəri ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Requirements

  • Ali təhsil (mühəndislik, texniki ixtisaslar üzrə üstünlük verilir);
  • Texniki xidmət, istismar və ya təmir sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Bina idarəetmə sistemləri (HVAC, elektrik, mexaniki sistemlər və s.) üzrə biliklər;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.


About this role

Apply Before

May 10, 2026

Job Posted On

April 9, 2026

Job Type

Full-time

Category

Other