Layihələrin profilaktik, proqnozlaşdırıcı və proaktiv texniki xidmət və təmir işlərini əlaqələndirmək, nəzarət etmək və həyata keçirmək;
Profilaktik texniki xidmət və təmir işləri vasitəsilə layihələrin hər zaman yaxşı saxlanılmasını və təhlükəsiz olmasını təmin etmək;
Əsas funksiyaya təsirin qarşısını almaq və/və ya azaltmaq üçün layihənin şəraitinə təşkilati nəzarəti təmin etmək üçün layihə rəhbərlərinə kömək etmək;
Təmirin şirkət daxilində və ya müqavilə əsasında bağlanmış təmir xidməti vasitəsilə həyata keçirilməli olduğunu müəyyən etmək üçün işçi heyətindən təmir tələblərini qəbul etmək və qiymətləndirmək;
Təmir işlərini yerinə yetirən işçiləri idarə etmək;
Layihələrlə bağlı bütün texniki baxışları planlaşdırmaq və yoxlamaların cari olmasını və müvafiq kod və standartlara uyğun olmasını təmin etmək;
Layihə sistemləri və avadanlıqlarında profilaktik texniki xidmətin cədvəlini tərtib etmək və yerinə yetirmək, o cümlədən: HVAC sistemləri; elektrik sistemləri; elektrik generatorları; egzoz sistemləri; suvarma sistemləri; və bina konstruksiyaları, o cümlədən damlar, oluklar, qapılar, alçıpan, döşəmə və rəngləmə və s.;
Layihə daxilində yüksək təqdimat və texniki xidmət standartlarını təmin etmək;
Planlaşdırılmış texniki xidmət rejimi işlək olmasını təmin etmək;
Layihələrə aid bütün avadanlıqlarla və xidmət müqavilələri ilə tanış olmaq;
Sağlamlıq və təhlükəsizlik qanunvericiliyi, və digər ümumi xarakterli qanunvericiliklə uyğunlaşmanı təmin etmək. Bütün tələb olunan qanuni testləri yerinə yetirmək. Yanğın təhlükəsizliyi testini yerinə yetirmək;
İşçi heyətinə nəzarət etmək, onu həvəsləndirmək, iş həcminin normada olmasını və iş keyfiyyətinin qəbul ediləcək səviyyədə olmasını təmin etmək;
Mütəmadi olaraq yoxlamalar aparmaq və lazım olduqda təlimlər keçirmək. Ehtiyac olduqda, iş sahələrində təlimlər keçirmək;
Bütün texniki xidmət proseslərinə və əməliyyatlarına nəzarət və rəhbərlik etmək;
İstismar xidmətləri qrupları üçün ümumi gələcəyə baxış, missiya və strategiyanı müəyyən etmək;
Xərcləri izləmək və istismar xidmətləri üçün büdcəyə nəzarət etmək;
Problemləri aşkar etmək və həll etmək üçün layihələrdə mütəmadi yoxlamalar aparmaq;
Bütün təmir və quraşdırma işlərini planlaşdırmaq və idarə etmək;
Bütün departament işçilərinin təhlükəsizlik qaydalarına və prosedurlarına riayət etmələrini təmin etmək;
Mükəmməl təcrübə və proqramlara əsaslanan layihənin enerji səmərəliliyinin qiymətləndirilməsinə cavabdeh olmaq;
Təmir planları, aktivlərin vəziyyəti və profilaktik təmir nəticələrinə əsasən idarə olunan bütün əmlaklar üçün OPEX və CAPEX xərclərini büdcələşdirmək və proqnozlaşdırmaq;
Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
Responsibilities
Müvafiq sahədə ali təhsil;
Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı;
Qonaqpərvərlik və/və ya tikinti sənayesində təcrübə;
Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
Güclü analitik və qərar qəbuletmə bacarığı;
Yüksək təşkilatçılıq və danışıqlar aparmaq bacarığı.