PAŞA Property Management “ İstismar xidmətləri üzrə texnik (mexanik)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Binanın mexaniki sistemlərinin gündəlik istismarı, monitorinqi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi;
- HVAC sistemlərinin (AHU, FAHU, FCU, Ventilyasiya sistemləri, Chiller, İstilik dəyişdiriciləri və əlaqəli avadanlıqlar) istismar və texniki xidmət işlərinin yerinə yetirilməsi;
- Su təchizatı, kanalizasiya, drenaj, yağış suyu sistemləri, hidrofor və nasos stansiyalarının işlək vəziyyətdə saxlanılması;
- İstilik və soyutma sistemlərinin, kollektorların, balanslaşdırıcı və tənzimləyici armaturaların yoxlanılması və servis işlərinin aparılması;
- Nasoslar, elektrik mühərrikləri, ekspansion çənlər, filtr sistemləri və digər mexaniki avadanlıqların müntəzəm baxışının keçirilməsi;
- Mexaniki avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Planlı profilaktik texniki xidmət işlərinin icrası və aidiyyəti qeydlərin aparılması;
- Qəza və fövqəladə hallara operativ müdaxilə edilməsi;
- Texniki otaqların, avadanlıqların və iş sahələrinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
- Təmir və texniki xidmət işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunması.