PASHA Property Management

Şəbəkə Administratoru

06-10-2025

168

Description

PAŞA Property Management “Şəbəkə Administratoru” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.



  • Şəbəkə Təhlükəsizliyi və İnfrastrukturunun inkişaf etmiş səviyyədə idarə olunması sahəsində dərin bilik və təcrübə.
  • VLAN-lar vasitəsilə şəbəkə seqmentasiyası, VLAN-lararası yönləndirmə və port səviyyəsində təhlükəsizlik tətbiqləri (802.1X port autentifikasiyası və MAC-ünvan əsaslı giriş nəzarəti) üzrə peşəkar bacarıqlar.
  • L2 və L3 səviyyə şəbəkə texnologiyalarında yüksək səriştə: VLAN-lar, trunking, STP (RSTP/MSTP), EtherChannel texnologiyaları.
  • Yüksək əlçatanlıq (High Availability) və ehtiyatlılıq təminatı üçün link və qurğu ehtiyat mexanizmlərinin (HA klasterləşməsi, stacking) qurulması, ehtiyat marşrutlaşdırma (failover routing), SD-WAN arxitekturaları və trafik balanslaşdırma strategiyalarının tətbiqi.
  • Yüksək əlçatanlıq və nasazlığa davamlılıq prinsiplərinə əsaslanan kritik informasiya sistemlərinin dizaynı, informasiya təhlükəsizliyi standartları və siyasətlərinin dərin mənimsənilməsi.
  • Dayanıqlı və kəsintisiz fəaliyyət göstərən şəbəkə topologiyalarının qurulması və tətbiqi.
  • İnkişaf etmiş VPN həllərinin (IPSec, SSL, DMVPN) konfiqurasiyası və inteqrasiyası.
  • Genişləndirilmiş ACL-lərin, firewall qaydalarının və siyasət əsaslı təhlükəsizlik tətbiqlərinin hazırlanması və tətbiqi.
  • Dinamik və statik marşrutlaşdırma protokolları (BGP) ilə peşəkar səviyyədə işləmə bacarığı.
  • Marşrutlaşdırıcılar, kommutatorlar, simsiz nəzarətçilər və firewall sistemlərinin həm CLI (əmr sətri interfeysi), həm də GUI (vizual interfeys) üzərindən idarə olunması, firmware yeniləmələrinin həyata keçirilməsi və konfiqurasiya ehtiyat nüsxələrinin idarəolunması.
  • Mərkəzləşdirilmiş nəzarət və ya bulud əsaslı idarəetmə platformaları üzərindən müəssisə səviyyəli simsiz şəbəkələrin (WPA2/WPA3) dizayn və konfiqurasiyası.
  • TCP/IP protokol dəsti, IPv4 ünvanlaşdırma, subnetting, DNS, DHCP, NTP, Syslog və SNMP texnologiyalarının dərin texniki anlaşılması və tətbiqi.
  • Məlumat jurnallarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili (məsələn, FortiAnalyzer və oxşar sistemlər).
  • Şəbəkə monitorinqi və idarəedilməsi üçün qabaqcıl platformaların istifadəsi (PRTG, Zabbix və s.).
  • Bütünləşdirilmiş Təhlükəsizlik Qurğularının (UTM) funksionallığı – veb-filtrasiya, müdaxilələrin aşkarlanması və qarşısının alınması sistemləri (IPS/IDS), antivirus sistemləri və trafik prioritetləşdirmə üzrə geniş təcrübə.
  • Fərqli istehsalçılara (multi vendor) məxsus şəbəkə avadanlıqları ilə işləmə və kompleks heterogen şəbəkələrin idarəolunması bacarığı.
  • VoIP arxitekturası və SIP protokolu üzrə texniki dərinlik, eləcə də Cisco CUCM, 3CX və digər VoIP platformaları ilə təcrübə.
  • IP telefon və softphone həllərinin yerləşdirilməsi, konfiqurasiyası və istismarı.



Responsibilities

  • Ali texniki təhsil.
  • Müvafiq sahədə minumum 2 il iş təcrübəsi.
  • CCNP sertifikatı olanlara üstünlük veriləcək.
  • Azərbaycan və Ingilis dili mütləqdir.
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik.
  • Texniki prosesləri sənədləşdirmək bacarığı.

About this role

Apply Before

November 15, 2025

Job Posted On

October 6, 2025

Job Type

Full-time

Category

Science, Technology, Engineering