
PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
· Tenderlərin verilməsi, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək;
· Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək;
· Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək;
· Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək;
· Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq;
· Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq;
· Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq;
· Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq;
· Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək;
· Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək;
· Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək;
· Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.
· Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya digər müvafiq sahə üzrə);
· Təchizat, satınalma və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi;
· Müqavilələrin, kommersiya təkliflərinin və tender sənədlərinin hazırlanması bacarığı;
· Satınalma və təchizat proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun icrası üzrə biliklər;
· Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
· Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür
. CIPS və sahə üzrə digər sertifikatların olması üstünlükdür.
Apply Before
January 11, 2026
Job Posted On
December 2, 2025
Job Type
Full-time

Mətanət A Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
Today
31

Azərbaycan Dəmir Yolları ● Gəncə, Azərbaycan
Today
48

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Şəki, zərbaycan
Today
56

Expressbank ASC ● Gəncə, Azərbaycan
Today
102

PASHA Bank ● Bakı, Azərbaycan
Yesterday
304