
18-06-2026
514
FUNKSİYALAR:
· Satınalma fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək
· Şirkətin fəaliyyətinin maddi-texniki təchizatının təmin edilməsi üçün şəffaflıq və obyektivlik prinsiplərini rəhbər tutaraq malların (işlərin, xidmətlərin) qiymət sorğusu və ya tender üsulu ilə satın alınmasını həyata keçirmək
· Mal, iş və xidmətlərin satınalmaları zamanı vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilməsini, müsabiqə, sağlam rəqabət və aşkarlıq əsasında bütün tədarükçülərlə mal, iş və ya xidmətlərin satınalmaları üzrə ən əlverişli təklifin (şərtlərin) müəyyən edilməsini təmin etmək
ÖHDƏLİKLƏR:
· Şirkətin satınalma qaydalarına uyğun olaraq tender, qiymət sorğusu, orta bazar qiymətlərini araşdırmaq məqsədi ilə məlumat sorğusu, bir mənbədən satınalma və ya auksionu təşkil etmək və həyata keçirmək
· İcra üçün daxil olan satınalma tələbnaməsində olan məlumatları yoxlamaq, tələbnamədə göstərilən məlumatları tələbnaməni qaldıran tərəflə məqsədə tam cavab verdiyini dəqiqləşdirmək, qiymət sorğusunun elan edilməsi üçün lazım olan çatışmayan məlumatları əldə etmək, tələbnamədə göstərilən məlumatlar və satınalma predmetinin məqsədi arasında hər hansı bir uyğunsuzluqları aradan qaldırmaq, qiymət, keyfiyyət və çatdırılma nöqteyi-nəzərdən satınalma predmetinin xüsusiyyətlərinin optimallaşdırılması üzrə təkliflər vermək
· Əldə olunan təklifləri təhlil etmək, onların tələblərə cavab verdiyini yoxlamaq, təkliflərin müqayisəsini aparmaq, təklifləri uyğun olan tədarükçülərlə qiymət danışıqlarını aparmaq və təkliflərin dəyərləndirilməsi hesabatını satınalma tələbnaməsini qaldıran tərəfə son rəyin bildirilməsi üçün təqdim etmək
· Ən əlverişli təklif verən tədarükçü ilə müqavilənin hazırlanması üçün müqavilənin xüsusi şərtlərini müəyyən etmək və tərəflər arasında razılaşdırılmasını təmin etmək
· Müvafiq sahə üzrə ali təhsil. İqtisadiyyat, biznesin idarəolunması sahəsində magistr dərəcəsi arzuolunandır
· Satınalmalar sahəsində ən azı 5 il iş təcrübəsi
· Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis -yaxşı, rus dili - işgüzar səviyyədə
· Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı arzuolunandır), 1C – sərbəst istifadəçi
· Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır
· Komanda ilə işləmək bacarığı
· Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları
Job Posted On
June 18, 2026
Job Type
Full-time
Experience
3-4 years
Career level
Professional
Education
Bachelor's Degree

Green Plant MMC ● Bakı, Azərbaycan
29-06-2026
335
Zeytun Pharmaceuticals MMC ● Bakı, Azərbaycan
02-07-2026
196

Prime Cotton ● Şirvan, Azərbaycan
Today
8

Landau Education Group ● Bakı, Azərbaycan
Yesterday
416

Prime Cotton ● Şirvan, Azərbaycan
Yesterday
95