PMD Group MMC
Home page
/
/
/
Texniki nəzarət üzrə baş mühəndis

Texniki nəzarət üzrə baş mühəndis

30-09-2024

3.9K

Description

  • Baş planın Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etmək;
  • Şəhər şəbəkələrinin balans sahiblərindən onlara yeni obyektin kommunal şəbəkələrin qoşulması üçün texniki şərtlərin alınmasını təmin etmək;
  • Sifarişçi tərəfindən layihə sənədlərinin operativ şəkildə dövlət ekspertizası və şəhərsalma orqanları ilə təsdiq edilməsi üçün qarşılıqlı əlaqə qurmaq;
  • Tikintiyə icazə almaq üçün rəsmi qurumların nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq;
  • Tender prosedurları tələblərinə uyğun texniki sənədlərin hazırlamaq;
  • Smeta sənədlərinin layihəyə uyğunluğunun yoxlamaq;
  • Tikinti quraşdırma işləri başlandığı andan bütün mərhələlər üzrə işlərin layihə cizgilərinə və smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Tikinti sahəsinin koordinat planının, istinad oxlarının ofsetinin yoxlanılması;
  • Tikinti quraşdırma işləri dövrü Baş Podratçı tərəfindən həyata keçiriləcək tikinti normalarına uyğun tələb olunan bütün qeydiyyat jurnalların və daxili sənədləşmənin aparılmasını, laboratoriya sınaq prosedurlarının həyata keçirilməsini, mərhələlər üzrə gizli işlərin aktının yazılmasını, tikinti sahəsinə daxil olan mal materialların layihə smeta sənədlərinə uyğunluğunu və o cümlədən onlara aid sertifikatların mövcudluğunu nəzarətdə saxlamaq;
  • Layihədə nəzərdə tutulmuş hər bir kommunikasiya xəttinin sınaqdan keçirilməsində və istismara verilməsində iştirak etmək;
  • Xarici kommunikasiya xətlərinin texniki şərtələrə uyğun quraşdırılmasına nəzarət etmək;
  • Tikinti quraşdırma işlərinin təsdiqlənmiş vaxt planına əsasən həyata keçirilməsinə nəzarət etmək;
  • Vaxt planına əsasən hər hansı bir gecikdiyi halda o prosesi təhlil etmək və tədbir planını hazırlamaq;
  • Mərhələli və ya aralıq ödəniş sənədləri üzrə iş həcmlərinə nəzarət etmək;
  • Tikinti quraşdırma işlərinin mərhələli şəkildə tamamlayaraq onu əlaqədar dövlət qurumlarında təsdiqlətmək;
  • Layihə smeta sənədlərinə və təchizat planına uyğun materialların təchizatına nəzarət etmək;
  • Tikinti sahəsində SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Kritik riskləri əvvəlcədən təyin etmək və onları təhlil edərək tədbirlər planı hazırlamaq;
  • Baş podratçı və sifarişçi arasında əlaqələri koordinasiya etmək;
  • Quraşdırılmış kommunal şəbəkələrin keyfiyyətinin və rəsmiləşdirilməsinin yoxlanılması;
  • Transformator yarımstansiyası, generator birləşməsi və elektrik kabelinin dövrəsinin düzgün yığılmasını və paneldə sığorta açarlarının quraşdırılmasını yoxlamaq üçün elektrik laboratoriyasının çağırılması;
  • Suqəbuledici qurğu, nasos stansiyasının işə salınması və istismara verilməsi;
  • Yanğın siqnalı, yanğın zamanı sulu söndürmə sistemləri, tüstü sovurma sistemlərinin yoxlanılması və FHN Yanğından Mühafizə orqanlarına təhvil verilməsi;
  • Tamamlama işlərinin keyfiyyətinin normativ tələblərə və dizayn layihəsinə uyğun sənədləşməsinin yoxlanılması;
  • Ekspert fəaliyyətinin nəticələrinə əsasən aktların və sınaq hesabatlarının tərtib edilməsi;
  • FHN və digər dövlət qurumlarının müfəttişləri tərəfindən obyektin son istifadəyə qəbulunda iştirak;
  • Tələb edildiyi halda istismarda olan layihərdə ilkin texniki müayinə aparmaq və rəhbərliyə hesabat hazırlaıb təqdim etmək;


Responsibilities

  • Ali təhsil (inşaat mühəndisi sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • Kompüter bilikləri: MS Office, MS Project, Auto CAD

About this role

Apply Before

November 29, 2024

Job Posted On

September 30, 2024

Job Type

Full-time

Category

Construction and Real Estate