Prime Cotton
Home page
/
/
/
Dispetçer (Ağcabədi)

Dispetçer (Ağcabədi)

  • Prime Cotton
  • Ağcabədi şəhər, Ü.Hacıbəyli p-ti 257
  • Full-time

Today

6

Description


  • Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir.
  • Pambıq və digər üzvi maddələrin daşınma istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanmasını və təqdim edilməsini təşkil edir.
  • Kombayn və traktor sürücülərinə marşrutların dəyişdirilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin edir.
  • PİNŞ-nin müdiri və baş mexaniklə birgə fermerlərin becərmə və yükdaşımalara olan tələbatının tam ödənilməsi məqsədilə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
  • Traktor işlərinin məhsuldarlığının artırılması və daşımaların maya dəyərinin azaldılması üçün planlaşdırma işlərini həyata keçirir.
  • Operativ dispetçer hesabatını vaxtında tərtib edərək Mexanizasiya İdarəsinə təqdim edir.
  • Dispetçer sənədlərinin düzgünlüyünə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.


Əlavə Öhdəliklər

  • Fərdi mühafizə vasitələrindən (maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və iş geyimi) istifadə edir.
  • İş yerində təhlükəsizlik qaydalarına riayət edir və təlimatlara əməl edir.
  • Ətraf mühitə zərər verə biləcək fəaliyyətlərdən çəkinir və tullantıları düzgün çeşidləyir.
  • Kimyəvi maddələrlə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə əməl edir.
  • Təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirir.
  • İş mühitinin təmiz və nizamlı saxlanmasını təmin edir.
  • SƏTƏM üzrə keçirilən təlimlərdə iştirak edir və öyrənilən bilikləri tətbiq edir.


Responsibilities

  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 il
  • Dil bilikləri: Azərbaycan dili
  • Kompüter bilikləri: MS Office proqramları


Bacarıqlar:

  • Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət bacarıqları
  • Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları üzrə yuxarı orqanların qərar, sərəncam və əmrlərini tətbiq etmək bacarığı
  • Daşımaların planlaşdırılması və dispetçer idarəçiliyinin təşkili
  • Elektron hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların hazırlanması metodları
  • Yol hərəkəti qaydalarını bilmək və tətbiq etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək
  • Avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilmək


About this role

Apply Before

October 14, 2025

Job Posted On

September 4, 2025

Job Type

Full-time

Education

Bachelor's Degree

Category here

Industry and Agriculture