Prime Cotton
Home page
/
/
/
Əmək haqqı üzrə mühasib köməkçisi (Saatlı)

Əmək haqqı üzrə mühasib köməkçisi (Saatlı)

Today

73

Description

  • Mühasibat uçotu üzrə əmək haqqı əməliyyatlarını aparmaq, işçi əmək haqlarının hesablanması və ödənişini təmin etmək;
  • Fəhlə və qulluqçuların əmək haqqı, mükafat, ezamiyyət və digər ödənişlərinin müvafiq qaydada hesablanmasına və rəsmiləşdirilməsinə kömək etmək;
  • Dövlət büdcəsinə və sosial fondlara vergilərin və məcburi ayırmaların düzgün və vaxtında köçürülməsini təmin etmək;
  • Əmək haqqı üzrə mədaxil-məxaric əməliyyatlarının, ödəniş sənədlərinin və kassa hesabatlarının tərtibində iştirak etmək;
  • Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərin hərəkətinə dair əməliyyatları mühasibat uçotunda əks etdirmək;
  • Maliyyə və mühasibat sənədlərinin doğruluğunu, tamlığını və vaxtında təqdim olunmasını təmin etmək;
  • Müəssisənin əmək haqqı fondunun idarə edilməsində və optimallaşdırılmasında dəstək göstərmək;
  • Əvvəlki maliyyə sənədlərinin qəbulunu, təsnifatını və mühasibat uçotu sisteminə daxil edilməsini təmin etmək;
  • Mühasibat hesabatlarının hazırlanması üçün dəstək məlumatların toplanması və sistemləşdirilməsini həyata keçirmək;
  • Maliyyə intizamına və büdcə öhdəliklərinin icrasına nəzarətdə iştirak etmək;
  • Əmək haqqı ilə bağlı məlumat bazasının və uçot sisteminin mütəmadi yenilənməsində iştirak etmək;
  • Əmək haqqı, ezamiyyət və digər ödənişlərlə bağlı əməliyyatların konfidensiallığını qorumaq.

Responsibilities

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqədar sahə üzrə);
  • Mühasibat uçotu və əmək haqqı əməliyyatları sahəsində ən azı 1 il təcrübə (istehsal və ya aqrar şirkətdə təcrübə üstünlükdür);
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin və mühasibat hesabatlarının tərtibat qaydalarını bilmək;
  • Mühasibat uçotunun hesablar planı, sənəd dövriyyəsi və təsərrüfat vəsaitlərinin hərəkəti üzrə biliklərə sahib olmaq;
  • Qaimə, faktura, təhvil-təslim və ödəniş sənədləri ilə işləmə bacarığı;
  • Azərbaycan Respublikasının əmək, mülki, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
  • Əmək haqqı və vergi uçotu üzrə hesablamalar, tutulmalar, sosial ayırmalar və gəlir vergisi barədə məlumatlı olmaq;
  • ERP, 1C, Glorri və Excel proqramlarında işləmək bacarığı (hesablamalar, cədvəllər və hesabatlar üzrə);
  • Analitik düşünmə, məntiqi təhlil və qərarvermə bacarığı;
  • Dəqiqlik, məsuliyyət, etibarlılıq və konfidensiallıq prinsiplərinə sadiqlik;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək və çarpaz funksional əməkdaşlıq bacarığı;
  • Böyük təşkilatlarda yaranan maliyyə məsələlərini koordinasiyalı şəkildə idarə etmə və həll etmə bacarığı;
  • Əmək intizamına və şirkətin daxili qaydalarına riayət etmək.

About this role

Apply Before

November 17, 2025

Job Posted On

October 8, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Entry-level

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration