Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək göstərmək və onun məzuniyyət və ezamiyyəti zamanı funksiyalarını əvəz etmək;
Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarı və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Nəqliyyat vasitələrinin gündəlik baxışını və işə hazırlanmasını həyata keçirmək;
Nasazlıqların vaxtında müəyyən olunması və operativ aradan qaldırılması üçün texniki yoxlamalar aparmaq;
Ehtiyat hissələrinin qənaətcil və düzgün istifadəsinə nəzarət etmək;
Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlıqların modernləşdirilməsinə və texniki nəzarətə rəhbərlik etmək;
Köhnəlmiş və yararsız ehtiyat hissələrinin təyini və onların təmir cədvəllərinə uyğun yenilənməsini təmin etmək;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Lazımi material və ehtiyat hissələrinin ölçüsü, tipi və uyğunluğunu müəyyənləşdirmək, təminatını təşkil etmək;
İş planına uyğun potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirləri həyata keçirmək;
Təmirə hazırlıq məqsədilə iş ərazisini və avadanlığı hazırlamaq;
Təlimat kitabçalarına əsasən lazımi texniki məlumatları tətbiq etmək və iş zamanı istifadə etmək;
Hissələrin sökülməsi və yararlılığının texniki sənədlərə uyğun qiymətləndirilməsini təmin etmək;
Təmir prosesinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirmək, gələcək qulluq üçün məlumatları aidiyyəti işçilərlə paylaşmaq;
İşə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırmaq;
Təmir işlərinin ardıcıllığını və proseslərin planlamasını həyata keçirmək;
İstifadə olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlamaq;
İstifadə olunan materiallar və tətbiq olunan metodlar üzrə proses qeydlərinin aparılması;
Xidmət və texniki fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi.
Requirements
Təhsil:
Ali texniki təhsil.
İş təcrübəsi:
Müvafiq sahədə 1–3 il iş təcrübəsi.
Dil bilikləri:
Azərbaycan dili – sərbəst.
Kompüter bilikləri:
Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı.
Texniki bilik və bacarıqlar:
Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi və istismar qaydaları, təmir metodlarını bilmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə normalarına bələdlik;
Sürücülük vəsiqəsinə sahib olmaq;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Analitik düşüncə, liderlik və qərar qəbuletmə bacarıqları.