Prime Cotton
Home page
/
/
/
Tərəzi operatoru ( Zərdab filialı)

Tərəzi operatoru ( Zərdab filialı)

Today

14

Description

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
  • Çəkilmiş yüklərin uçotunun aparılması.
  • Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Requirements

  • Təhsil : Ali və ya orta ixtisas
  • Təcrübə : 1 il
  • Kompyuter bilikləri: Windows əməliyyat sistemi\MS Office proqramları bilikləri
  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
  • Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir.
  • Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir.
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.

About this role

Apply Before

November 5, 2026

Job Posted On

October 6, 2026

Job Type

Full-time

Category

Industry and Agriculture