Prime Cotton

Xadimə

  • Prime Cotton
  • Qafqaz Business Center, AZ1029, 95 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Full-time

05-02-2026

356

Description

  • İnzibati binada və istehsalat sahəsində yerləşən xidməti otaqların, istehsalat sahəsində yerləşən səthlərin dəhlizlərin, pilləkənlərin, sanitar qovşaqların, ictimai ayaqyolunun və digər ümumi istifadə sahələrinin yığışdırılması və səliqəli saxlanılması;
  • Zibil qablarının vaxtında boşaldılması, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və xüsusi ayrılmış yerlərə daşınması;
  • Unitazların, vannaların, əl-üz yuyanların və digər sanitar-texniki avadanlıqların təmizlənməsi və dezinfeksiya olunması;
  • Yığışdırılan sahələrdə sanitar və gigiyena qaydalarına, həmçinin müəssisənin daxili nizam-intizam və təhlükəsizlik tələblərinə riayət edilməsi;
  • Ehtiyac yarandıqda və məzuniyyət dövrlərində digər sahələr üzrə xadimələrin əvəz edilməsi;
  • İş prosesində aşkarlanan xırda məişət/texniki problemlər barədə (sızma, sınıq, nasazlıq və s.) aidiyyəti məsul şəxslərin vaxtında məlumatlandırılması.

Requirements

  • Bu sahədə minimum 1 il iş təcrübəsi (inzibati bina/istehsalat müəssisəsi mühiti üstünlükdür);
  • Gecə növbələrində işləmək imkanı (növbəli iş rejiminə uyğunluq);
  • Xanım namizədlərə üstünlük verilir;
  • Təmizlik işlərinin görülməsi üçün fiziki cəhətdən uyğunluq (aktiv iş rejiminə uyğun sağlamlıq və iş qabiliyyəti);
  • Səliqəlilik, məsuliyyətlilik, intizamlılıq və operativlik;
  • Gigiyena və dezinfeksiya qaydaları, təmizlik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi barədə əsas biliklər;
  • Şifahi ünsiyyət və komandada işləmək bacarığı.


İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, H.Əliyev prospekti 95;
  • Nahar: Şirkət tərəfindən təmin edilir.

About this role

Apply Before

March 4, 2026

Job Posted On

February 5, 2026

Job Type

Full-time

Experience

Up to1 year

Career level

Other

Category

Services