"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Məhsul sahibi (Product Owner)

Yesterday

292

Description

“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin  Kart Məhsulları üzrə Məhsul Sahibi (Product Owner) vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Agile yanaşmalar əsasında bankın kart məhsulları üzrə rəqəmsal həllərin yaradılmasına və inkişafına liderlik etmək. Müştəri ehtiyaclarına cavab verən, innovativ və bazarda rəqabətədavamlı məhsulları çevik komandalarla birlikdə planlamaq, formalaşdırmaq və tətbiq etmək.


Vəzifə öhdəlikləri:


  • Kart məhsulları üzrə strateji yol xəritəsinin hazırlanması və prioritetləşdirilməsi
  • Agile komandada Product Owner kimi fəaliyyət göstərmək, backlog-u idarə etmək və sprint planlamasında aktiv iştirak
  • Müştəri ehtiyaclarını, bazar trendlərini və rəqabəti təhlil edərək yeni məhsul və funksionallıqların formalaşdırılması
  • İT, UX/UI, marketinq, risk və hüquq komandaları ilə sıx əməkdaşlıq edərək məhsulun başdan sona çatdırılmasını təmin etmək
  • A/B testləri, istifadəçi rəyləri və data əsaslı qərarlarla məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək
  • Kart prosessinq sistemləri, loyallıq proqramları və tərəfdaş platformalarla inteqrasiya imkanlarını inkişaf etdirmək
  • Rəqəmsal kanallar (mobil tətbiq, internet bankçılıq və s.) vasitəsilə kart xidmətlərinin artırılmasına yönəlik təşəbbüslər irəli sürmək

Responsibilities

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması, İnformasiya texnologiyaları və s.)
  • Bank və ya fintech sahəsində, kart məhsulları üzrə minimum 3 il təcrübə
  • Agile/Scrum çərçivəsində Product Owner kimi iş təcrübəsi (Scrum PO sertifikatı üstünlükdür)
  • Product lifecycle, UX əsasları və rəqəmsal məhsul inkişafı barədə biliklər
  • Yüksək analitik düşüncə, təşəbbüskarlıq və qərarvermə bacarığı
  • Jira, Confluence, Figma kimi alətlərlə işləmə bacarığı üstünlük sayılır
  • Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (rus dili arzuolunandır)

About this role

Apply Before

June 16, 2025

Job Posted On

May 7, 2025

Job Type

Full-time

Experience

3-4 years

Category

Finance, Business and Administration

Perks and Benefits

  • • Agile metodologiya ilə çalışan dinamik və innovativ komanda • Peşəkar inkişaf • Əməkdaş yönümlü iş mühiti və çevik qərarvermə prosesi