"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Məhsul sahibi (Rəqəmsal)

16-11-2024

4.3K

Description

“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Riteyl Bankçılığın Rəqəmsallaşma şöbəsində Məhsul Sahibi (Rəqəmsal) vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Qəbul testlərini tərtib etmək;
  • Tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
  • Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
  • Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;
  • İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək.

Responsibilities

  • Bank işi və digər müvafiq layihə işi üzrə minimum 4 il təcrübə və bank işi barədə dərin bilik;
  • Tələblərin toplanması, informatika, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
  • Proqram təminatının hazırlanması prosesi barədə biliklər;
  • “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Güclü təhlil və riyazi bacarıqlar;
  • Strateji və taktiki düşüncə qabiliyyəti;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq.

About this role

Apply Before

December 26, 2024

Job Posted On

November 16, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration