
13-11-2026
1.4K
İlkin layihələndirmə: Sifarişçi tərəfindən təqdim olunan bina layihələri (memarlıq çertyojları) əsasında AutoCAD proqramında lift şaxtalarının və eskalator ölçülərinin yoxlanılması, ilkin texniki çertyojların hazırlanması;
Zavodlarla əlaqə və sifarişlər: Xarici istehsalçı zavodlarla texniki yazışmaların aparılması, avadanlıqların texniki spesifikasiyalarının dəqiqləşdirilməsi və istehsalat sifarişlərinin verilməsi;
Müqavilə və sənədləşmə: Həm xarici, həm də daxili müqavilələrin texniki əlavələrinin, qüsur aktlarının, təhvil-təslim aktlarının və aylıq servis hesabatlarının tərtib edilməsi;
Logistika və gömrük dəstəyi: Avadanlıqların daşınması və gömrük rəsmiləşdirilməsi prosesi üçün tələb olunan texniki sənədlərin (invoys, qablaşdırma vərəqi, texniki pasport və sertifikatların) hazırlanması və prosesdə iştirak;
Məlumat bazasının idarə olunması: Sifarişlərin statusu, müqavilələr və texniki baxış qrafikləri üzrə Excel / Google Sheets cədvəllərinin mütəmadi yenilənməsi.
Təhsil: Ali texniki təhsil (Mexanika, Maşınqayırma, İnşaat, Elektroenergetika və ya digər mühəndislik ixtisasları — son kurs tələbələri və yeni məzunlar da müraciət edə bilər);
Təcrübə: Təcrübə tələb olunmur (texniki ofis, layihələndirmə və ya təchizat sahəsində ilkin təcrübəsi olanlara üstünlük verilir);
Proqram bilikləri: AutoCAD (2D çertyojları oxumaq və ilkin düzəlişlər etmək bacarığı mütləqdir), MS Excel və Word proqramlarında sərbəst işləmək;
Dil bilikləri: Azərbaycan dili (səlis), xarici zavodlarla yazışmalar və texniki sənədlərlə işləmək üçün İngilis və ya Rus dili biliyi (ən azı B1/Intermediate səviyyəsində);
Şəxsi keyfiyyətlər: Yüksək diqqətlilik (xüsusilə ölçü və texniki parametrlərdə), məsuliyyətlilik, eyni anda bir neçə tapşırığı koordinasiya etmək və öyrənməyə həvəs.
Apply Before
December 13, 2026
Job Posted On
November 13, 2026
Job Type
Full-time
Career level
Entry-level
Education
Associate degree