SAMT LLC
Home page
/
/
/
Korporativ katib

Korporativ katib

Today

113

Description

  • Cəmiyyətin idarəetmə orqanlarının iclaslarını təşkil etmək, gündəlik layihələrini, iclas bildirişlərini və materiallarını hazırlamaq.
  • Qərar layihələrini hazırlamaq, müzakirələri və səsvermə nəticələrini protokollaşdırmaq, protokol və qərarların imzalanmasını təşkil etmək.
  • Gündəlikdəki məsələlərin müvafiq idarəetmə orqanının səlahiyyətinə aid olduğunu, iclasların çağırılması, yetərsay və səsvermə qaydalarına riayət edildiyini yoxlamaq.
  • Korporativ idarəetmə üzrə daxili sənədləri, o cümlədən idarəetmə orqanlarının əsasnamələrini, səlahiyyət və təsdiq matrislərini, qərarların razılaşdırılması prosedurlarını hazırlamaq və yeniləmək.
  • Korporativ idarəetmə prosedurlarının praktikada necə tətbiq olunduğunu təhlil etmək, səlahiyyət bölgüsündə və qərarların qəbulu prosesində olan boşluqları müəyyən etmək və təkmilləşdirmə təklifləri hazırlamaq.
  • Qərarların reyestrini aparmaq, qərarları icraya məsul şəxslərə çatdırmaq, icra müddətlərini izləmək və korporativ sənədlərin arxivini aparmaq.


Requirements

  • Ali təhsil. Hüquq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil üstünlükdür.
  • Korporativ idarəetmə, korporativ hüquq və ya idarəetmə orqanlarının fəaliyyətinin təşkili sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının korporativ qanunvericiliyi, xüsusilə məhdud məsuliyyətli cəmiyyətlərdə idarəetmə orqanlarının səlahiyyətləri və qərarların qəbulu qaydaları üzrə biliklər.
  • Qərar layihələrinin, iclas protokollarının və daxili prosedurların hazırlanması üzrə praktiki təcrübə.
  • Azərbaycan və ingilis dillərində korporativ sənədlər hazırlamaq və işgüzar ünsiyyət qurmaq bacarığı mütləqdir. Rus dili biliyi üstünlükdür.


About this role

Apply Before

December 24, 2026

Job Posted On

noyabr 24, 2026

Job Type

Full-time

Category

Other