S
Home page
/
/
/
QA/QC üzrə Baş Mütəxəssis (Şirvan)

QA/QC üzrə Baş Mütəxəssis (Şirvan)

Today

9

Description

Keyfiyyətin Təminatı və İdarəetmə Sistemi (QA) üzrə:

  • Zavodun Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiqi və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
  • Prosedur, təlimat, metodika və digər idarəedici sənədlərin hazırlanmasını və aktuallığını təmin etmək;
  • Keyfiyyət məqsədlərinin və fəaliyyət göstəricilərinin (KPI) monitorinqini aparmaq;
  • Daxili audit proqramlarını hazırlamaq, auditləri koordinasiya etmək və sertifikatlaşdırma/nəzarət auditlərinə hazırlıq işlərini təşkil etmək;
  • Təchizatçıların qiymətləndirilməsi, monitorinqi və təchizatçı auditlərinin keçirilməsini təşkil etmək;
  • İşçilər üçün KİS, keyfiyyət alətləri və keyfiyyət mədəniyyətinin formalaşdırılması üzrə təlim proqramları hazırlamaq və keçmək.


Keyfiyyətə Nəzarət və İstehsalat (QC) üzrə:

  • Müəssisədə məhsulun keyfiyyətinə nəzarət proseslərinin təşkilində və icrasında birbaşa iştirak etmək;
  • Xammal, yarımfabrikat və hazır məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
  • İstehsalat proseslərində keyfiyyət göstəricilərinin monitorinqini aparmaq və uyğunsuzluqları müəyyən etmək;
  • Aşkar olunmuş uyğunsuzluqlar üzrə kök səbəbləri müəyyən etmək, düzəldici və qabaqlayıcı tədbirlər (CAPA) hazırlamaq və effektivliyini qiymətləndirmək;
  • Ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanılması proseslərinə nəzarət etmək;
  • Müştəri şikayətlərinin araşdırılmasında iştirak etmək, keyfiyyət göstəricilərinin təhlilini apararaq rəhbərliyə hesabatlar təqdim etmək.


Requirements


  • Ali təhsil: Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil;
  • Təcrübə: İstehsalat/sənaye sahəsində keyfiyyətin təminatı (QA) və keyfiyyətə nəzarət (QC) üzrə minimum 6-7 illik iş təcrübəsi;
  • Texniki bacarıqlar: Konstruktor və normativ-texniki sənədlərlə peşəkar işləmə bacarığı; Müxtəlif ölçü alətləri və vasitələri ilə işləmək, onların kalibrlənməsi prosesinə bələd olmaq;
  • Sənədləşmə: Keyfiyyətlə əlaqəli prosedur, təlimat və idarəedici sənədlərin hazırlanması bacarığı; Keyfiyyətə nəzarət üzrə statistik metodların tətbiqi və kök səbəb təhlili (Root Cause Analysis) bacarıqları.

About this role

Apply Before

August 27, 2026

Job Posted On

July 28, 2026

Job Type

Full-time

Experience

5-8 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Industry and Agriculture