S
Home page
/
/
/
SƏTƏM üzrə mütəxəssis (Xaçmaz)

SƏTƏM üzrə mütəxəssis (Xaçmaz)

Today

120

Description

·   İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil olunması

·      Şöbənin rəhbərinin tapşırıqlarının vaxtında həyata keçirilməsi və nəzarəti.

·      İş şəraiti nəzərə alınmaqla qiymətləndirilən müvafiq risklərin səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi.

·      İstehsal proseslərində avadanlıq və qurğuların təhlükəsiz istismarına nəzarət etmək.

·       Zavod ərazisində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə problemləri aşkarlamaq və şöbə rəhbərinə bildirmək.

·      Zavodun işçi heyətinin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, həmçinin, ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin və zavodda tətbiq olunan beynəlxalq standartların, Zavoddaxili aidiyyəti normativ sənədlərin tələblərinə əməl edilməsinə nəzarət etmək

·      Şöbənin fəaliyyət istiqamətləri üzrə aşkara çıxarılmış aidiyyəti çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etmək, bu barədə aidiyyəti üzrə SƏTƏM şöbə rəhbərini məlumatlandırmaq.

·      Zavodun istehsalat sahələrində ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin şöbə rəhbərinə çatdırılmasını təmin etmək.

  • Səlahiyyətləri çərçivəsində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
  • Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirilməsində və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərində iştirak etmək.
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək

·      Əməyin mühafizəsi üzrə sahələrdə gündəlik qiymətləndirmələr aparmaq.

·      Cavabdeh olduğu sex və ərazidə işlərin təhlükəsiz görülməsinə nəzarət etmək.

·      Vaxtdaşırı SƏTƏM şöbə rəhbəri ilə toplantılarda iştirak etmək zavodda olan problemlərin aradan qaldırılması üçün tədbirləri müzakirə etmək.

·      SƏTƏM üzrə həftəlik və aylıq hesabatların hazırlanıb şöbə rəhbərinə göndərilməsinin təşkil edilməsi və aşkarlanmış uyğunsuzluqlarla bağlı qiymətləndirmələrin aparılması.

 

Responsibilities

Təhsil pilləsi (minimum)

Bakalavr

Təhsil ixtisası

(Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi, Fövqəladə hallar üzrə üstünlük verilir) 

İş təcrübəsi (minimum)

SƏTƏM sahəsi üzrə 5 il

(istehsalat təcrübəsinin olması arzu olunandır)

Dil bilikləri

Azərbaycan dili, (Rus dilidə arzuolunandır)

Kompüter bilikləri

Peşəkar səviyyədə Microsoft office proqramları, Word, Exel, Power point.

Digər zəruri tələblər

SƏTƏM üzrə sənəd, formaların hazırlama bacarığı

Yüksək psixoloji dayanıqlılıq

İşçi heyətini anlama və onlarla davranış bacarığı

Şöbə və bölmə rəhbəri ilə əlaqə yaratma və birlikdə işləmə bacarığı.

Analitik düşünmə

Analitik düşünmə qabiliyyətli olmalı

Problem analiz etmə

Problemləri qaydalar çərçivəsində düzgün və daha asan analiz etməyi bacarmalıdır.

Detallara diqqət

Yüksək səviyyədə diqqətcil və bütün iş proseslərinin icrasında məsuliyyətli olmalıdır.

Nizam-intizam

Nizam-intizama, prosedur qaydalarına ciddi riayət etməlidir.

About this role

Apply Before

June 24, 2025

Job Posted On

May 15, 2025

Job Type

Full-time

Category

Industry and Agriculture