TABIA Group LLC

Baş Mühəndis

  • TABIA Group LLC
  • Street 1C Mikayıl Müşfiq, Bakı 1004, Azərbaycan
  • Full-time

Today

21

Description

  • Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaların və təmir işlərininin idarə edilməsi;
  • Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişinin əvvəlcədən planlaşdırılaraq icra edilməsi;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
  • Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və təsdiq olunduqda icrasının həyata keçirilməsi;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunması;
  • Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması;


Requirements

Tələblər:

 

  • Ali təhsil (xüsusi ilə Mühəndislik, texniki və ya oxşar sahələrə üstünlük verilir);
  • Namizəd: Azərbaycan vətəndaşı
  • Təcrübə: Texniki layihələrin idarə edilməsi sahəsində sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Müvafiq sahələrdə texniki komandaların idarə edilməsində geniş təcrübə;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı


İş vaxtının norması:


  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün;

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:


  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Könülü tibbi sığorta;


İş Yeri:


  • Fəaliyyət ünvanı: Bakı şəhəri, Badamdar Hotel&Residence


About this role

Apply Before

April 12, 2026

Job Posted On

March 13, 2026

Job Type

Full-time

Experience

5-8 years

Career level

Executive

Education

Bachelor's Degree

Category

Restaurants, Tourism and Accommodation