TABIA Group LLC
Home page
/
/
/
Qida və içki üzrə menecer

Qida və içki üzrə menecer

15-10-2026

380

Description

İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək.

İaşə şöbəsi üçün əməliyyatlara dair fərdi təlimatlarının hazırlanması və yenilənməsinə nəzarət etmək.

Bölmələrarası müntəzəm hesabat görüşləri keçirmək və şöbələrarası iclas və görüşlərin effektiv və lazımi şəkildə keçirilməsini təmin etmək.

Bütün əməkdaşların hər zaman qonaqlara Xidmət standarlarına uyğun xidmətlərin təqdim edilməsini təmin etmək

Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin həll edilməsinə əmin olmaq

İaşə şöbəsinin büdcə hədəflərinin həyata keçirilməsinə nəzarət etmək, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək

İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında birbaşa iştirak etmək

Lazım gəldikdə, aidiyyəti olan şöbə müdirləri vasitəsilə fəaliyyət göstərərək, əsas icra göstəricilərinə əsasən xərcləri idarə etmək

Maliyyə sənədlərinin SƏP-lərə uyğun saxlanılması, ödəniş qaydalarının idarə edilməsi ilə bağlı otelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək

Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək

İaşə şöbəsi əməkdaşlarının otelin, habelə Xarici görünüş standartlarına uyğun olaraq müvafiq uniformanı geyinməsini və xarici görünüş, habelə gigiyena ilə bağlı ən yüksək standartları yerinə yetirməsini təmin etməklə, onların dəqiqliyi və xarici görünüşünə aid təlim keçirilməsinə nəzarət etmək

Davamlı rəylər və aylıq iclaslar vasitəsilə şöbələrarası təlimçilərin inkişafına yardım göstərmək

Bütün əməkdaşların əməkdaşlar üçün nəzərdə tutulmuş təlimatlar və qaydaları tam dərk etdiklərini və onlara riayət etdiklərini təmin etmək

Əməkdaşların iş prosesləri, avadanlıqlardan təhlükəsiz istifadə edilməsi, eləcə də daxili nizam-intizam qaydaları barədə mütəmadi olaraq təlimatlandırılması

Requirements

  • Ali təhsil (xüsusilə qida və içki xidməti, otelçilik və ya turizm sahəsində üstünlük təşkil edir). 
  • Qida və içki idarəçiliyi və ya oxşar sahədə ən azı 5 il iş təcrübəsi (yüksək səviyyəli idarəetmə təcrübəsi vacibdir)
  • Dil bilikləri (ingilis- əla, rus-danışıq səviyyəsində)
  •  İdarəçilik;
  •  Təqdimat bacarığı;
  • Yaradıcı düşüncə;
  •  Qənaətçilik;
  •  Konflikt və problem həll etmə
  •  İşçiləri motivasiya etdirmək

About this role

Apply Before

November 17, 2026

Job Posted On

October 15, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Executive

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration