TABIA Group LLC
Home page
/
/
/
Təchizat üzrə kiçik mütəxəssis

Təchizat üzrə kiçik mütəxəssis

  • TABIA Group LLC
  • Street 1C Mikayıl Müşfiq, Bakı 1004, Azerbaijan
  • Full-time

Today

2

Description

Tələblər:

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
  • Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq (məs., malın çatdırma vaxtı, satınalma üzrə minimum həcm, standart xərclər, malın qalıq miqdarı, tədarükçülər haqqında məlumat, və s.);
  • Digər şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
  • Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;
  • Tələb olunduqda, təchizatçının nümayəndələri ilə görüşlər keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək;
  • Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;
  • FIFO üsulu ilə anbar ehtiyyatlarının idarə olunması
  • Min/Max stoka aid olan malların sifarişinin miqdarını Təchizat Şöbəsinə təqdim etmək;
  • Mal qəbulu və təhvili, eyni zamanda qəbul olunan malların keyfiyyətinin və miqdarının yoxlanılması;
  • Ay ərzində məhsulların sayımını həyata keçirmək



Requirements

Təhsil:

Ali və ya orta təhsil


İş təcrübəsi:

1-2 il iş təcrübəsi (otel sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)


Bilik və bacarıqlar:

Anbar avadanlığı ilə işləmə bacarığı

1C və iScala proqramları üzrə biliklərin olması arzuolunandır

Məsuliyyətli və detallara-diqqətli olmaq


About this role

Apply Before

June 18, 2026

Job Posted On

May 19, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Entry-level

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration