Umico.az
Home page
/
/
/
Kateqoriya Meneceri — Hobbi, kitablar və ofis məhsullar

Kateqoriya Meneceri — Hobbi, kitablar və ofis məhsullar

  • Umico.az
  • 57 Üzeyir Hacıbəyov, Bakı, Азербайджан
  • Full-time

23-04-2025

375

Description

Kitabları, yaradıcılığı və ilhamverici məzmunu dəyərləndirirsən? Hobbi, təhsil və inkişaf üçün məhsulları təşviq etmək istəyirsənsə, bu rol sənin üçündür. Çünki bu kateqoriyada hər bir məhsul intellekt və təsəvvür gücünə təsir edir.


Nə ilə məşğul olacaqsan?:

  • “Hobbi, kitablar və ofis məhsulları” kateqoriyasının inkişaf strategiyasını hazırlamaq və tətbiq etmək;
  • Bestsellerlərlə SKU-lar arasında balansı qorumaq;
  • Kitablar, yaradıcılıq dəstləri, kancelyariya məhsulları, oyunlar üzrə məhsul çeşidini formalaşdırmaq;
  • İstehlakçı tələbləri və trendləri (xüsusilə “Məktəbə dönüş”, Yeni il və s.) analiz etmək;
  • Nəşriyyatlarla, yerli və beynəlxalq təchizatçılarla işləmək;
  • Məhsulların irəlilədilməsi üçün seçkilər, aksiyalar və marketinqlə birgə kollaborasiyalar hazırlamaq;
  • Kateqoriyanın effektivliyini qiymətləndirmək, analiz aparmaq və çeşidi optimallaşdırmaq.


Responsibilities

  • Non-food, lifestyle, kitab və kançelyariya sahələrində olmaqla, kateqoriya meneceri üzrə 3+ il təcrübəyə malikdir;
  • Məzmun, təhsil və fərdi inkişaf sahələrinə maraq göstərir;
  • Excel, Google Sheets və BI alətləri ilə işləməyi bacarır;
  • Təchizatçılarla münasibət qurmaq və danışıqlar aparmaq bacarığı var;
  • Ali təhsilə malikdir və ingilis və ya rus dillərindən birini yaxşı bilir.


About this role

Apply Before

June 2, 2025

Job Posted On

April 23, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Mid-level

Education

Bachelor's Degree

Category

Sales and Customer Services

Perks and Benefits

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük