Umico.az
Home page
/
/
/
Kateqoriya Meneceri — Petcare (Ev heyvanları məhsulları)

Kateqoriya Meneceri — Petcare (Ev heyvanları məhsulları)

  • Umico.az
  • 57 Üzeyir Hacıbəyov, Bakı, Азербайджан
  • Full-time

Yesterday

275

Description

Ev heyvanlarına olan qayğının ailəyə göstərilən qayğının bir hissəsi olduğunu anlayırsanmı? Ölkədə minlərlə heyvan sahibinin əlçatan olduğu məhsulların çeşidinə təsir etmək istəyirsənsə, Petcare kateqoriyasını bizimlə birgə inkişaf etdir! 


Nə ilə məşğul olacaqsan?: 

  • Zooproduktlar kateqoriyasının inkişaf strategiyasının hazırlanması (yemlər, aksesuarlar, qulluq vasitələri, gigiyenik məhsullar, oyuncaqlar, vitaminlər və s.); 
  • Heyvanlar üçün məhsul çeşidinin dəstəklənməsi və genişləndirilməsi; 
  • Kütləvi markalar (Purina, Royal Canin, Pedigree və s.) ilə yanaşı, eksklüziv məhsullar arasında balansın təmin edilməsi; 
  • Qiymətlərin analizi və rəqabətədavamlı təkliflərin formalaşdırılması; 
  • Təchizatçılar və tərəfdaşlarla danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq (qiymətlər, bonuslar, promolar); 
  • Kateqoriyanın inkişafı və əsas göstəricilərin yaxşılaşdırılması: GMV, marjanlıq, dövriyyə və s.; 
  • Promosyon kampaniyalarının təşkili, promosyon təqviminin hazırlanması, xüsusi təkliflər üçün məhsulların seçilməsi; 
  • Məhsul kartlarının vizual və mətn kontentinin təkmilləşdirilməsi. 

Responsibilities

  • Bənzər sahədə minimum 3 il iş təcrübəsi; 
  • Məhsul xüsusiyyətləri üzrə biliklər: yem növləri, aksesuarlar, qulluq vasitələri, zooproduktlara dair normativ tələblər; 
  • Analitik bacarıqlar və Excel, BI sistemləri ilə işləmək bacarığı; 
  • Elektron ticarət alətləri və prosesləri haqqında əsas biliklər; 
  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələri idarə etmək təcrübəsi; 
  • Marketinq, iqtisadiyyat, menecment və ya oxşar sahələr üzrə bakalavr dərəcəsi; 
  • Yaxşı ünsiyyət bacarığı, uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq bacarığı; 
  • Rus və ya ingilis dillərindən birində yaxşı səviyyədə bilik (rus dili üstünlükdür). 

About this role

Apply Before

June 3, 2025

Job Posted On

April 25, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Mid-level

Education

Bachelor's Degree

Category

Sales and Customer Services

Perks and Benefits

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük