Home page
/
/
/
Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer

Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer

  • Mirəli Qaşqay, Bakı, Azərbaycan
  • Full-time

Today

583

Description

Əsas vəzifə öhdəlikləri


-Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi.

-Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.

-Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması.

-Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması.

-CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.

-Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.

-Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət.

-Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.

-Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.

-Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli.

Requirements

Namizədə tələblər


•Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.

•Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.

•Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.

•Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.

•Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.

•Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.

•Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.

•MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.

•Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.

•Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.


İş şərtləri


•Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.

•Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.


Əsas gözləntimiz


Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir.  

About this role

Apply Before

December 19, 2026

Job Posted On

noyabr 19, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Associate degree

Category

Logistics and Transportation