Xalq Bank
Home page
/
/
/
“Gəncə ” filialının hüquq məsləhətçisi

“Gəncə ” filialının hüquq məsləhətçisi

Today

Description

·        Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;

·        Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;

·         Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;

·      Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinə) viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;

·         Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;

·         İcraatda olan və icraatı tamamlanmış məhkəmə işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;

·        Hüquq idarəsinə (filialın hüquq məsləhətçisinin icraatına) daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.


Responsibilities

·        Hüquq sahəsində ali təhsilin olması;

·        Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Bank və ya digər kredit təşkilatlarının fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;

·        Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;

·    Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;

·      Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;

·       Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

·       Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);

·       Yüksək qavrama və öyrənmə qabiliyyəti;

·       Kompüter bilikləri;

·     Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.


About this role

Apply Before

April 16, 2025

Job Posted On

March 17, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Master's Degree

Category

Finance, Business and Administration